Şənbə, 04 May 2024

Windows 11-də Cortana səsli köməkçisinin dəstəyinin dayandırılmasına start verilib

Microsoft şirkəti Windows 11-də Cortana səsli köməkçisinin dəstəyinin dayandırılması prosesinə start verib. Belə ki, Windows 11-in yeni test versiyasında sözügedən səsli köməkçi artıq deaktiv edilib. Bununla yanaşı Windows 11-in stabil versiyasında Microsoft Store tətbiqinin yenilənməsini əldə etmiş bəzi istifadəçilər də qeyd ediblər ki, yenilənmədən sonra Cortana artıq çalışmır. Windows 11-in yeni test versiyasında Cortana-nı işə salmaq istəyən zaman istifadəçiyə belə bir bildiriş sərgilənir. “Cortana Windows-da avtonom tətbiq kimi artıq köhnəlib”.

 Qeyd etmək lazımdır ki, Microsoft hələ iyun ayında bildirmişdi ki, o bu il ərzində Cortana səsli köməkçisinin Windows 11-də ayrıca tətbiq kimi dəstəyini dayandıracaq. Səsli köməkçi Android üçün nəzərdə tutulmuş Microsoft Launcher-dən silinmiş olsa da, Outlook, Teams və Teams Room tətbiqlərində hələ də aktivdir. Cortana əvəzinə şirkət Windows 11-ə inteqrasiya edilmiş Windows Copilot adlı süni zəka əsaslı assistenti və süni zəka əsaslı Bing Chat çat-botunu inkişaf etdirəcək. Qeyd etmək lazımdır ki, Cortana 2014-cü ildə Windows 10-un tərkibində süni zəka assistenti kimi təqdim edilmişdi və o, Apple şirkətinin Siri səsli köməkçisi ilə rəqabət aparmalı idi.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1072019
Bu gün
Bu həftə
Bu ay
Ümumi
66
4997
1888
1072019
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi