Şənbə, 04 May 2024

Meta şirkəti AudioCraft adlı yeni süni zəka sistemini təqdim edib

Meta şirkəti AudioCraft adlı generativ süni zəka sistemini təqdim edib. Sözügedən sistem açıq mənbəli koda sahibdir və istifadəçinin mətn formatında təsviri əsasında audio faylın tərtib edilməsi üçün nəzərdə tutuluib. AudioCraft özündə ayrı-ayrılıqda 3 süni zəka modelini birləşdirir. Söhbət, MusicGen, AudioGen və EnCodec adlı süni zəka modellərindən gedir. MusicGen musiqilərin tərtib edilməsi üçün nəzərdə tutulub və o, Meta-nın musiqiləri və bu məqsədlər üçün nəzərdə tutulmuş lisensiyalı musiqilər əsasında təlimatlandırılıb.

Təlimatlandırılma prosesində istifadə edilmiş musiqilərin ümumi xronometrajı isə 200 000 saat təşkil edib.

AudioGen səslərin və ətraf mühit effektlərinin tərtib edilməsi üçün, EnCodec isə səsin keyfiyyətli emalı üçün nəzərdə tutulub. Musiqiçilər artıq uzun müddətdir ki, elektron səslər ilə müxtəlif təcrübələr aparırlar. Lakin kompüter tətbiqləri artıq mövcud olan səs nümunələri vasitəsilə musiqiləri yaradırlar. AudioCraft tərəfindən tərtib edilən audio fayl isə yalnız istifadəçinin mətn formatındakı təsvirinə əsaslanır. Meta şirkəti AudioCraft vasitəsilə tərtib edilmiş audio nümunələri jurnalistlərə təqdim edib.

Məlumatda qeyd edilib ki, tərtib edilmiş audio fayl nümunələrindəki fit, külək, siqnal kimi küy effektləri olduqca həqiqi səsləniblər. Lakin nümunələrdə olmuş gitara səsləri təbii hiss olunmayıblar. Hal hazırda AudioCraft tərəfindən tərtib edilən audio fayllar növbəti hit mahnıya bənzəməsələr də, Meta şirkətinin fikrincə o, yeni musiqi dəbi dalğasını gətirə bilər. Şirkət etiraf edib ki, mətnlərin tərtib olunması üçün nəzərdə tutulmuş süni zəka sistemlərindən fərqli olaraq musiqilərin tərtib olunması üçün olan süni zəka sistemlərinin yaradılması çox qəlizdir.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1072077
Bu gün
Bu həftə
Bu ay
Ümumi
124
5055
1946
1072077
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi