Windows 11 əməliyyat sisteminə əlavə edilən əlverişli yenilik ilə ekran görüntülərindən mətn kopyalamaq mümkündür.
Microsoft şirkətinin ən son təqdim etdiyi Windows 11 əməliyyat sistemi daim təkmilləşir. Belə ki, indi Windows 11 əməliyyat sisteminə əlavə edilən əlverişli yenilik ilə ekran görüntülərindən mətn kopyalamaq mümkündür. Yəni Snipping Tool proqramı artıq işimizi asanlaşdıracaq. Əslində bu xüsusiyyət hazırla bir çox android və iOS cihazlarında istifadə olunur. Microsoft rəqiblərindən geri qalmayaraq bu yeniliyi kompüterlər üçün də əlçatan edir.

Google yaxın zamanda süni zəka sahəsindəki yeni məhsulunu təqdim edəcək. Söhbət, Gemini adlı süni zəka sistemindən gedir. Bəzi şirkətlər artıq onun ilkin versiyasını test edirlər. Bəzi mənbələrin vermiş olduqları məlumata əsasən Gemini sistemi OpenAI şirkətinin GPT-4 modelinin əsas rəqibi olacaq. Süni zəka sahəsində mövqelərini gücləndirmək üçün Google Gemini sistemini özünün Cloud Vertex AI adlı bulud servisi üzərindən təqdim edəcək.
Arm şirkəti prosessorlar bazarındakı mövqelərini genişləndirməyə hədəflənib. Qeyd etmək lazımdır ki, Arm kənar şirkətlərə prosessor nüvələrini təqdim edir. Həmin şirkətlər isə Arm-in nüvələri əsasında öz prosessorlarını hazırlayırlar. Lakin məlum olub ki, Arm də fərdi prosessorların istehsalı ilə məşğul olacaq. Şirkət öz prosessorlarını hazır məhsul kimi satacaq.
Elon Musk, Mark Zuckerberg, Bill Gates və İT sahənin digər böyük şəxsləri ABŞ Senatının 60 nəfər üzvü ilə birgə bağlı qapılar arxasında süni zəka sahəsinin perspektivlərini və risklərini müzakirə ediblər. Məlumata əsasən qanunvericilər süni zəka sahəsinin tənzimlənməsinə hədəflənmiş qanun layihəsi üzərində çalışırlar. Aparılmış müzakirə çərçivəsində Elon Musk senatorlara bildirib ki, süni zəka insan sivilizasiyası üçün böyük təhlükə mənbəyi ola bilər. Bill Gates isə bu mövzuda fərqli fikirə sahib olub. Onun sözlərinə əsasən süni zəka dünyada olan aclıq problemini aradan qaldırmaq potensialına sahibdir.