Cümə axşamı, 02 May 2024

Yaxın həftələrdə Threads-in veb versiyası istifadəyə veriləcək

Meta şirkətinin CEO-su Mark Zuckerberg-in verdiyi məlumata əsasən Threads servisinin veb versiyası yaxın həftələrdə istifadəyə veriləcək. Şirkətin Twitter analoqu threads.net veb ünvanı vasitəsilə çalışacaq. Lakin indi bu veb ünvana keçid edən zaman ekranda servisin Android və ya iOS versiyasını yükləmək təklif edilir. Qeyd etmək lazımdır ki, veb versiyadan əlavə olaraq Threads-də həmçinin axtarış sistemi də mövcud deyil. Zuckerberg bildirib ki, axtarış sistemi də servisdə yaxın həftələrdə istifadəyə veriləcək. Şirkətin öz yeni servisinin veb versiyasını hazırlaması istifadəçilərin ona tələbatından xəbər verir.

Görünür, istifadəçilər kompüter vasitəsilə brauzer üzərindən Threads-ə daxil olma imkanının olmadığını gördükləri üçün bu servisə maraqlarını itirməyə başlayıblar.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1071253
Bu gün
Bu həftə
Bu ay
Ümumi
516
4231
1122
1071253
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi