Cümə, 03 May 2024

Google bütün Android cihazların sinxronlaşdırılması funksiyası üzərində çalışır

Google müxtəlif Android cihazların sinxronlaşdırılmasına hədəflənmiş yeni funksiyanı istifadəyə verməyi planlaşdırır. Məlumata əsasən sözügedən funksiya Apple ekosistemində eyni məqsədə hədəflənmiş Continuity adlı funksiyaya bənzəyəcək. Əgər istifadəçi bir neçə Android cihaza sahibdirsə və onların hamısında bir Google hesabına daxil olubsa, həmin cihazlar sözügedən funksiya vasitəsilə bir-biriləri ilə qarşılıqlı əlaqədə ola biləcəklər.

Bu funksiya çərçivəsində reallaşdırılacaq Call Switching imkanı zəng prosesi zamanı bir cihazdan digərinə keçidi mümkün edəcək.

Apple ekosistemində oxşar funksiya bir iPhone modelinə daxil olan zəngi digər iPhone-da qəbul etməyə imkan vermir. Lakin Google şirkətinin hazırladığı alternativ çərçivəsində hətta smartfonlar da daxil olmaqla istənilən cihaz arasında keçidi reallaşdırmaq mümkün olacaq.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1071460
Bu gün
Bu həftə
Bu ay
Ümumi
30
4438
1329
1071460
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi