Microsoft Surface Laptop Studio 2 noutbuku təqdim edilib
Microsoft şirkəti Surface brendi altında daha bir yeni noutbuk modelini təqdim edib. Söhbət, Surface Laptop Studio 2-dən gedir. Daha öncəki modeldən fərqli olaraq Surface Laptop Studio 2 daha performanslı texniki imkanları əldə edib. Beləliklə sözügedən yeni noutbuk 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1600 piksel keyfiyyətli 14.4 düym ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 650 nit təşkil edir və Surface Slim Pen 2 stilusunu dəstəkləyir.

Microsoft şirkəti elan edib ki, o, Bing axtarış sisteminin süni zəka əsaslı çat-botuna yenicə istifadəyə verilmiş
Made on Youtube tədbiri çərçivəsində dünyanın ən məşhur videoservisi kontent yaradıcıları üçün bir neçə maraqlı yeniliyi anons edib. Daha əvvəlcədən də gözlənildiyi kimi yaxın zamanda Youtube-da əksər videolar neyron şəbəkələri vasitəsilə tərtib olunacaqlar.
İnternetdə Qualcomm əməkdaşı ilə şirkət partnyoru və ya sifarişçisi arasındakı yazışmanın bir hissəsi olduğu iddia edilən foto ortaya çıxıb. Ortaya çıxmış fotodan belə qənaətə gəlmək olar ki, Qualcomm şirkəti eyni ada sahib iki müxtəlif flaqman prosessoru təqdim etməyə hazırlaşır.
Görünür, Elon Musk-ın Neuralink şirkəti öz beyin implantını insanlar üzərində test etməyə artıq hazırdır. Belə ki, şirkət öz saytında bu prosesdə iştirak edəcək könüllülərin axtarışı ilə bağlı elan yerləşdirib. Elanda könüllülərə olan tələblər və təcrübədə nələrin olacaqları qeyd edilib. Şirkətin Neuralink N1 adlı çipi qəpik ölçüsündə olan çipdir və o, 64 ədəd nazik elektrod vasitəsilə birbaşa beyinə qoşulur. 64 elektroddan hər biri isə beyində hərəkət niyyətindən cavabdeh olan hissələrə yeridilir.