Cümə axşamı, 02 May 2024

Proqram təminatı kodlarının tərtibatı üçün StableCode adlı yeni sistem təqdim edilib

Mətnli təsvirlər əsasında fotoların tərtib edilməsi ilə məşğul olan Stable Diffusion adlı neyron şəbəkəsinin yaradıcısı olan Stability AI şirkəti yeni neyron şəbəkəsini təqdim edib. Təqdim edilmiş yeni neyron şəbəkəsi StableCode adını əldə edib və o, proqram təminatı kodlarının tərtib olunması üçün nəzərdə tutulub. Şirkətin fikrincə StableCode tərtibatçılara gündəlik işlərdə və yeni texnologiyaların mənimsənilməsində yardımçı olacaq.

 Məlumatda qeyd edilib ki, StableCode-un daxilində proqram təminatını tərtib etməyə imkan verən bir neçə böyük dil modeli mövcuddur. Neyron şəbəkəsinin tərkibində olan baza dil modeli 200-dən çox proqramlaşdırma dili vasitəsilə yazılmış proqram təminatı kodu sayəsində təlimatlandırılıb. Əlavə olaraq baza dil modeli Python, Go, Java, JavaScript, C, C++ kimi məşhur proqramlaşdırma dilləri əsasında da təlimatlandırılıb. Stability AI şirkəti bildirib ki, digər analoqlardan fərqli olaraq StableCode ən böyük kod fraqmentlərini tərtib edə bilir. 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1071417
Bu gün
Bu həftə
Bu ay
Ümumi
680
4395
1286
1071417
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi