Bazar, 19 May 2024

Whatsapp-ın yenilənmiş desktop tətbiqi macOS-də istifadəyə verilib

Whatsapp tərtibatçıları elan ediblər ki, yenilənmiş Whatsapp tətbiqi artıq macOS istifadəçiləri üçün də istifadəyə verilib. Hələ bir neçə müddət bundan öncə yenilənmiş Whatsapp tətbiqi Windows-da istifadəyə verilmişdi. İndi isə növbə macOS istifadəçilərinə çatıb. Məlumatda qeyd edilib ki, macOS üçün istifadəyə verilmiş yenilənmiş Whatsapp qrup audio və videozənglərini dəstəkləyir.

Audio zənglərdə maksimum 32 nəfər, videozənglərdə isə 8 nəfər iştirak edə bilər. MacOS istifadəçiləri həmçinin zənglərin tarixçələrinə nəzər yetirə,

tətbiqin deaktiv olduğu zamanlarda da zənglər barəsində bildirişləri əldə edə, bu və ya digər faylı bir çatdan digərinə sürüşdürərək paylaşa bilərlər. MacOS üçün nəzərdə tutulmuş yenilənmiş Whatsapp-ı artıq messencerin rəsmi saytından yükləmək mümkündür. Yaxın zamanda isə o həmçinin App Store-da təqdim ediləcək.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1085618
Bu gün
Bu həftə
Bu ay
Ümumi
37
7103
15487
1085618
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi