Bazar, 19 May 2024

Microsoft əfsanəvi WordPad tətbiqini deaktiv edəcək

İstifadəyə verildiyi vaxtdan 28 il sonra Microsoft şirkəti WordPad tətbiqini ləğv etməyi qərara alıb. Bu barədə məlumat şirkətin yenilənmiş dokumentasiyasında əks olunub. Şirkət bildirib ki, WordPad bundan sonra yeni funksiyaları və yenilənmələri əldə etməyəcək. Üstəlik növbəti Windows yenilənməsi WordPad-ı əməliyyat sistemindən tamamilə siləcək. Onun yerinə Microsoft Word və ya Notepad tətbiqlərindən birini istifadə etməyi məsləhət görür. Qeyd etmək lazımdır ki, şirkət WordPad tətbiqini 28 il bundan öncə anons etmişdi və o, Microsoft Write adlı mətn redaktorunun davamçısı hesab edilirdi.

WordPad ilk dəfə Windows 95-in tərkibində istifadəyə verilmişdi. Həmin vaxtdan bu tətbiq bütün Windows versiyalarında mövcud olub. 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1085582
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1
7067
15451
1085582
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi