Bazar, 05 May 2024

Meta şirkəti GPT-4-ü geridə qoyacaq yeni süni zəka modelini hazırlayır

Meta Platforms şirkəti OpenAI şirkətinin GPT-4 modelini geridə qoymağı hədəfləyib. Buna görə də şirkət yeni süni zəka modelinin hazırlanmasına start verib. Öz süni zəka modelinin təlimatlandırılması üçün şirkət NVIDIA-nın H100 adlı süni zəka çiplərini alır və data mərkəzlərini genişləndirir. Meta öz yeni süni zəka modelinin təlimatlandırılmasını gələn ilin əvvəlinə planlaşdırır. Sözügedən layihənin əsas məqsədi insan ünsiyyətini imitasiya etməyi bacaracaq yeni nəsil süni zəka alətlərinin yaradılmasıdır.

Bu, Meta şirkətinin generativ süni zəka sahəsindəki texnologiyalarının növbəti məntiqli inkişafı olacaq.

Məlumata əsasən şirkət Instagram üçün nəzərdə tutulmuş süni zəka əsaslı çat-botu test edir. Mark Zuckerberg hazırlanan yeni süni zəka modelinin süni zəka əsaslı alətlərin hazırlanması ilə məşğul olan şirkətlər üçün pulsuz təqdim edilməsini planlaşdırır. Bununla belə şirkət bəzi problemlərlə qarşılaşıb. Onların arasında süni zəka mütəxəssislərinin şirkətdən ayrılması və digər texnoloji nəhənglər tərəfindən olan rəqabət var.

Məsələn Apple şirkəti GPT-4-dən daha güclü olduğu iddia edilən Ajax adlı neyron şəbəkəsinin inkişaf etdirilməsinə milyonlarla dollar vəsait xərcləyir.Microsoft şirkəti süni zəka sistemini öz məhsullarına aktiv şəkildə inteqrasiya edir. Google isə yeni nəsil generativ süni zəka sisteminin hazırlanması ilə məşğuldur. Amazon da özünün generativ süni zəka layihələrini inkişaf etdirərək bu şirkətlərdən geri qalmır. Meta-nın yeni nəsil süni zəka modelinin hazırlanması layihəsi hal hazırda böyük tələbata sahib bu texnologiyanın inkişafında böyük addım olmalıdır. 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1072872
Bu gün
Bu həftə
Bu ay
Ümumi
326
5850
2741
1072872
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi