Bing Chat-a DALL-E 3 neyron şəbəkəsi inteqrasiya edilib

Microsoft OpenAI şirkətinin DALL-E 3 sistemini Bing Chat çat-botuna və Bing Image Creator servisinə inteqrasiya edib. Qeyd etmək lazımdır ki, DALL-E 3 mətn formatında təsvirlər əsasında fotoların tərtib edilməsini reallaşdıran neyron şəbəkəsidir. DALL-E 2-dən fərqli olaraq DALL-E 3 istifadəçi tərəfindən qeyd edilən sorğuları daha yaxşı başa düşür və fotoları daha detallı şəkildə tərtib edir. DALL-E 3-ün Bing Chat-a inteqrasiyası öz növbəsində istifadəçi sorğularını dəqiqləşdirməyə və tərtib olunmuş fotonu birbaşa çat-botla dialoq pəncərəsində redaktə etməyə imkan verir. Qeyd etmək lazımdır ki, OpenAI öz yeni neyron şəbəkəsinə əlavə təhlükəsizlik tədbirlərini əlavə edib. Məsələn istifadəçilər DALL-E 3 vasitəsilə məşhur şəxslərin fotolarını tərtib edə bilməzlər.

Çinin "Long March 2D" daşıyıcı aparatı "Yaogan-39" Yerin məsafədən zondlama peykini uğurla orbitə çıxarıb.
Apple şirkəti macOS Sonoma 14.1-in yeni versiyasını anons edib. Anons edilmiş versiya macOS Sonoma 14.1 Beta 2 adını əldə edib. Bu versiyadan tərtibatçılar və tərtibatçı hesabına sahib istifadəçilər artıq yararlana bilərlər. MacOS Sonoma 14.1 Beta 2-nin adi istifadəçilər üçün nəzərdə tutulmuş versiyası isə daha sonra istifadəyə veriləcək. 
