Bazar, 05 May 2024

Bu onilliyin sonuna kimi süni zəka təkcə ABŞ-da 2 milyondan çox iş yerini ələ keçirəcək

Forrester şirkətinin analitiklərinin proqnozlarına əsasən bu onilliyin sonuna kimi generativ süni zəka təkcə ABŞ-da 2 milyondan çox iş yerini ələ keçirəcək. Proqnozlara əsasən bu, 2030-cü ilə qədər baş verəcək və 2.4 milyon iş yerini əhatə edəcək. Generativ süni zəkadan ilk öncə zərər çəkəcək işçilər isə müxtəlif ofis tapşırıqlarını yerinə yetirən şirkət əməkdaşları olacaqlar. Ümumilikdə isə süni zəka 11 milyon iş yerinə öz təsirini göstərəcək.

Məlumatda qeyd edilib ki, avtomatlaşdırma sistemləri və süni zəka 2030-cu ilə kimi ABŞ-dakı iş yerlərinin 4.9%-ni əvəz edəcək.

İş yerlərinin 30%-i isə generativ süni zəka sistemləri tərəfindən zəbt ediləcək. Məlumata əsasən artıq bu il ərzində bu cür sistemlər 90 000 iş yerini əvəz edəcəklər. Bu isə avtomatlaşdırılmış sistemlərin bu və ya digər formada ələ keçirəcəkləri iş yerlərinin 9.3%-ni təşkil edir. Analitiklər bildiriblər ki, bu və ya digər işçinin təhsil səviyyəsi nə qədər yüksək olsa, generativ süni zəka sisteminin onun işinə təsiri bir o qədər böyük olacaq. Eyni tendensiya əmək haqqı mövzusunu da əhatə edəcək. Yəni illik gəlirləri 60 000$-dan az olan işçilər illik gəlirləri 90 000$ və daha yuxarı olan işçilərdən bu mövzuda daha az zərər görəcəklər.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1072955
Bu gün
Bu həftə
Bu ay
Ümumi
409
5933
2824
1072955
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi