Növbəti ildən kosmosda nahar etmək mümkün olacaq
“Zephalto” adlı şirkət 2024-cü ildən başlayaraq altı saatlıq təcrübə ilə kosmosa Fransadan hava şarları buraxmağı planlaşdırır.
Sərnişinlər unikal kosmik mənzərəsində nahar etdikdən sonra Yerə qayıdacaqlar.
Fransada yerləşən “Zephalto” startapı son vaxtlar kosmosa hava şarları buraxmaq istəyən şirkətlərdən sadəcə biridir.
Ardını oxu...
Microsoft-a məxsus biznes yönümlü sosial şəbəkə LinkedIn bildirib ki, hazırda 1 milyarddan çox üzvü var və ödənişli istifadəçilər üçün daha çox süni intellekt funksiyaları əlavə edir.
Görünür, Youtube videoservisinin reklam bloklayıcılarından istifadə edənlər üçün video izləmə imkanının bloklanması praktikası artıq qlobal xarakter daşımağa başlayıb. Bu barədə The Verge saytı videoservisin ictimaiyyətlə əlaqələr meneceri olan Christopher Lawton-un sözlərinə istinadən məlumat verib. Belə ki, istifadəçilər reklam bloklayıcılarının deaktiv edilməsi tələbəni əks etdirən bildirişi Youtube-dan artıq tez-tez əldə etməyə başlayıblar.
“Microsoft”, son aylarda təqdim etdiyi “Windows Copilot” süni intellekt köməkçisini nəhayət istifadəyə verib. “Windows 11 23H2” yeniləməsi ilə istifadəyə veriləcək bu xüsusiyyət əməliyyat sisteminin tarixində bir ilkdir. Belə ki, “Cortana”dan daha ağıllı olacaq köməkçi ilə yeni dövr başlayır. “Microsoft”, süni intellekt dəstəyi də daxil olmaqla əhəmiyyətli təkmilləşdirmələr təqdim edən funksiyanı istifadəyə verib.
Hələ bir neçə müddət bundan öncə Elon Musk elan etmişdi ki, X-də (keçmiş Twitter) iki yeni tarif planı istifadəyə veriləcək. İndi isə məlum olub ki, X-də həqiqətən də iki yeni tarif planı istifadəyə verilib. İstifadəyə verilmiş iki yeni tarif planından birincisi baza tarif planıdır və onun aylıq qiyməti 3$ təşkil edir. İkinci tarif planı isə Premium+ adlanır və onun aylıq qiyməti 16$ təşkil edir. Baza tarifin özəlliyi ondan ibarətdir ki, o, sosial şəbəkənin əsas funksiyalarından istifadə etməyə imkan verir.