Çərşənbə axşamı, 23 Aprel 2024

Növbəti ildən kosmosda nahar etmək mümkün olacaq

“Zephalto” adlı şirkət 2024-cü ildən başlayaraq altı saatlıq təcrübə ilə kosmosa Fransadan hava şarları buraxmağı planlaşdırır.

Sərnişinlər unikal kosmik mənzərəsində nahar etdikdən sonra Yerə qayıdacaqlar.

Fransada yerləşən “Zephalto” startapı son vaxtlar kosmosa hava şarları buraxmaq istəyən şirkətlərdən sadəcə biridir.

 “Zephalto” altı saatlıq gediş-gəlişdə Fransadan havaya qalxacaq və 25 kilometr yüksəkliyə qalxacaq nəhəng şarda nahar edən sərnişinlərinə ulduz mənzərələri təqdim edəcək.

Kosmik turizm şirkəti ilk uçuşunu 2025-ci ildə həyata keçirməyi planlaşdırırdı, lakin indi bunu 2024-cü ilin sonuna kimi həyata keçirməyi nəzərə alıb.

Biletlər 120 min avroya satılacaq.

Balonla kosmosda nahar etmək istəyən müştərilər əvvəlcədən sifariş veriləcək biletləri almalıdırlar. Biletlərin satış qiymətinin 120 min avro olacağı açıqlanıb.

 Böyük panorama pəncərəsi olan, altı sərnişin və iki pilotu daşıya bilən şar kapsul 4 m/s sürətlə qalxacaq və zirvə hündürlüyünə çatmaq üçün bir saat yarım vaxt aparacaq.

Orada sərnişinlər atmosferin 98 faizindən yuxarı və orta kommersiya təyyarələrindən iki dəfə yüksək olan kosmosun kənarında üç saatdan həzz alacaqlar.

Bundan əlavə, sərnişinlər məşhur fransız aşpazları tərəfindən hazırlanmış yeməklər və eksklüziv şərablarla dəbdəbəli kulinariya təcrübəsindən həzz alacaqlar.

Bununla da qalmayıb, stratosferik balonda dəbdəbəli səyahət, sərnişinin seçimindən asılı olaraq musiqi ilə müşayiət oluna bilər və ya tamamilə səssiz səyahətə üstünlük verilə bilər.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1063857
Bu gün
Bu həftə
Bu ay
Ümumi
277
1661
19683
1063857
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi