Apple bütün cihaz və aksesuarlarında Lightning girişi ilə vidalaşacaq
Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple özünün Lightning girişindən bütün cihazlarda vidalaşmaq və onu USB-C ilə əvəz etmək niyyətindədir. Bununla belə şirkətin bəzi məhsullarında bunun reallaşdırılmasını bir qədər gözləmək lazım gələcək. Keçən həftə təqdim edilmiş iPhone 15 smartfon seriyasına daxil olan bütün modellər USB-C-yə keçid etdilər. Eyni zamanda şirkət USB-C dəstəkli şarj keysinə sahib AirPods Pro 2-ni də təqdim etdi.