Youtube adblock istifadəçilərinin hamısında video izləmə imkanını deaktiv etməyə başlayıb

Bəzi hallarda bu cür bildirişlər məsləhət xaraketri daşıyırlar və onların əldə edilməsindən sonra da Youtube-da video izləmək mümkündür. Bununla belə reklam bloklayıcılarından istifadə edənlərdə video izləmə imkanının deaktiv edilməsi praktikasından artıq daha çox istifadəçi şikayətlənməyə başlayıb. Bu istiqamətdə Youtube daha bir həll yolunu təklif edir. Belə ki, videoservis reklam bloklayıcılarından istifadə edənlərə Youtube Premium abunəliyinin əldə edilməsini məsləhət görür.
Qeyd etmək lazımdır ki, Youtube Premium abunəliyi çərçivəsində istifadəçilər videolara reklam elanları olmadan baxa bilirlər. Qeyd etmək lazımdır ki, Youtube reklam bloklayıcılarından istifadə edənlərdə video izləmə imkanının deaktiv edilməsini hələ yay fəslində test etməyə başladı. İlk növbədə bu praktika məhdud sayda istifadəçi arasında test edilirdi. Bir neçə aydan sonra isə videoservis bu praktikasını daha geniş istifadəçi kütləsi arasında tətbiq etməyə başladı.