Bu onilliyin sonuna kimi süni zəka təkcə ABŞ-da 2 milyondan çox iş yerini ələ keçirəcək
Forrester şirkətinin analitiklərinin proqnozlarına əsasən bu onilliyin sonuna kimi generativ süni zəka təkcə ABŞ-da 2 milyondan çox iş yerini ələ keçirəcək. Proqnozlara əsasən bu, 2030-cü ilə qədər baş verəcək və 2.4 milyon iş yerini əhatə edəcək. Generativ süni zəkadan ilk öncə zərər çəkəcək işçilər isə müxtəlif ofis tapşırıqlarını yerinə yetirən şirkət əməkdaşları olacaqlar. Ümumilikdə isə süni zəka 11 milyon iş yerinə öz təsirini göstərəcək.