Çərşənbə axşamı, 23 Aprel 2024

X-də (keçmiş Twitter) iki yeni tarif planı istifadəyə verilib

Hələ bir neçə müddət bundan öncə Elon Musk elan etmişdi ki, X-də (keçmiş Twitter) iki yeni tarif planı istifadəyə veriləcək. İndi isə məlum olub ki, X-də həqiqətən də iki yeni tarif planı istifadəyə verilib. İstifadəyə verilmiş iki yeni tarif planından birincisi baza tarif planıdır və onun aylıq qiyməti 3$ təşkil edir. İkinci tarif planı isə Premium+ adlanır və onun aylıq qiyməti 16$ təşkil edir. Baza tarifin özəlliyi ondan ibarətdir ki, o, sosial şəbəkənin əsas funksiyalarından istifadə etməyə imkan verir.
Lakin bu tarif planında istifadəçiyə reklam elanları olduğu kimi sərgilənməyə davam ediləcək. Premium+ tarifi isə sosial şəbəkənin bütün imkanlarından istifadə etməyə imkan verir və istifadəçini reklam elanlarından azad edir. Yəni Premium+ istifadəçilərinə X daxilində heç bir reklam elanı sərgilənməyəcək. Lakin hal hazırki mərhələdə Premium+ tarifinin bu üstünlüyü X-in yalnız veb versiyasında aktivdir. X-in mobil tətbiqində Premium+ istifadəçilərinə reklamlar hələ ki, sərgilənməyə davam edəcək.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1063856
Bu gün
Bu həftə
Bu ay
Ümumi
276
1660
19682
1063856
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi