Google Search istifadəçi sorğularında qrammatik səhvlərin axtarışı funksiyasını əldə edib
Google tərtibatçıları Google Search axtarış sisteminə yeni funksiyalar əlavə edərək onu təkmilləşdirməyə davam edirlər. Bu dəfə Google axtarış sistemi istifadəçilərin sorğularındakı qrammatik səhvlərin axtarışı funksiyasını əldə edib. Bu isə öz növbəsində Google Search-dən müəyyən istifadə hallarında faydalı ola bilər. Google Search-ə inteqrasiya edilmiş yeni funksiya Grammar Check adını əldə edib. Sözügedən funksiya istifadəçi sorğusundakı bu və ya digər sözün qrammatik cəhətdən düzgün yazılıb-yazılmadığını təyin edir.