Bazar ertəsi, 09 Fevral 2026

“Facebook” istifadəçiləri üçün yenilik

“Facebook”da tətbiq olunan yeniliklə istifadəçilər mobil tətbiq üzərindən öncəki günlərdə hansı linklərə daxil olduqlarını görə bilirlər.

"Facebook" sosial şəbəkəsi üzərindən müxtəlif linklərə keçid edən istifadəçilər 30 gün ərzində bu linklərin tarixçələrini əldə edə bilirlər. Bununla da onlar bir neçə gün öncə hansı linklərə daxil olduqlarını izləyə və yenidən həmin linklərə keçid edə biləcəklər.

 “Facebook”un sahibi olan “Meta” şirkəti bu məlumatların toplanmasının səbəbini izah edərək bildirib ki, bəzən istifadəçilər müəyyən zəruri məlumatları hansı linkdən əldə etdiklərini unudurlar. Belə olan halda bu yenilik, yəni link tarixçəsinin olması istifadəçilərin rahatlığını təmin edəcək.

Qeyd edək ki, artıq mobil tətbiq üzərindən bu yenilikdən yararlamnmaq mümkündür.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

2076747
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1277
2919
15042
2076747
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.