Çərşənbə axşamı, 30 Aprel 2024

Windows 11-ə çoxdan gözlənilən yenilik əlavə edilib

Microsoft şirkəti Windows 11 istifadəçilərinin çoxdan gözlədikləri yeniliyi sonunda reallaşdırıb. Söhbət, əməliyyat sisteminin özünü fərdi şəkildə yenidən quraşdıra bilməsi imkanından gedir. Bu yeni funksiya Windows 11-in hələ ki, beta versiyasında istifadəyə verilib. Windows 11-i bütün faylların qorunması ilə daha əvvəllər də yenidən quraşdırmaq mümkün idi. Lakin bunun üçün Media Creation Tool-dan istifadə etmək lazım gəlirdi. Bunu isə heç cür sadə proses adlandırmaq olmaz. Əməliyyat sisteminin beta versiyasında istifadəyə verilmiş Fix problems using Windows Update adlı yeni funksiya Windows 11-i yenilənmə mərkəzi vasitəsilə yenidən quraşdırır. Sözügedən yeni funksiya gələn ilin birinci yarısında Windows 11-in stabil versiyasında istifadəyə verilə bilər.

 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1068724
Bu gün
Bu həftə
Bu ay
Ümumi
14
1702
24550
1068724
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi