Çərşənbə, 03 Dekabr 2025

Çinlilər dünyada ilk dəfə insan kimi yeriyə bilən robot hazırlayıblar!

Çinli robot istehsalçısı Zhongqing Robotics, SE01 adlandırdığı ilk insan ölçüsündə robotunu təqdim edib. 170 sm boyunda və 55 kq ağırlığında olan SE01, 32 birləşmə nöqtəsi və maksimum 330Nm fırlanma anı hasil edən oynaqları ilə böyük maraq oyadıb. Zhongqing, SE01-in çömbəlmə, qolları ilə idman hərəkətləri etmə, dairə cızaraq yerimə, tutma, qaçma və tullanma kimi real insan hərəkətlərini yerinə yetirə bildiyini qeyd edib. Robot saniyədə 2 metr sürətlə yeriyə bilir. Şirkət, SE01-in təlim alqoritmləri ilə təbii yerişi öyrənən dünyadakı ilk robot olduğunu iddia edir.Hərəkət imkanlarından əlavə, SE01 çevik güc nəzarətindən istifadə edən robotik iki qollu sistemi ilə sənaye tətbiqləri üçün uyğun olacaq.

 

Ardını oxu...

Yaxın zamanlarda Google-a daxil olmaq üçün üz skanı tələb olunacaq!

Dünyaca məşhur texnologiya nəhəngi, xüsusilə telefon oğrularına qarşı istifadəçilərini qorumaq üçün inkişaf etdirdiyi bu yeni sistemi ilk dəfə Google Chrome brauzerində sınaqdan keçirəcək. Sistem, oğruların PIN kodunuzu görsələr belə, həssas məlumatlarınıza girişini əngəlləyəcək şəkildə dizayn edilib. Bu xüsusiyyətlə birlikdə, etibarlı məkanlardan kənarda olduğunuz təyin edildikdə, Chrome brauzerindəki ödəniş məlumatlarına, inkoqnito səhiflərinə və sinxronizasiya ayarlarına daxil olmaq üçün üz tanıma və ya barmaq izi kimi biometrik təsdiq tələb olunacaq. Bu halda, PIN kodu və ya şifrə kimi alternativ doğrulama üsulları dərhal ləğv ediləcək və təhlükəsizlik ən yüksək səviyyəyə qaldırılacaq.

Ardını oxu...

Google öz data mərkəzlərində elektrik enerjisini nüvə reaktorları hesabına təmin edəcək

Google şirkəti nüvə energetikası sahəsində fəaliyyət göstərən Kairos Power adlı startap ilə müqavilə bağladığını elan edib. Müqavilənin şərtlərinə əsasən bu startap şirkət üçün kompakt ölçülü nüvə reaktorlarını inşa edəcək. İnşa ediləcək nüvə reaktorları Google şirkətinin data mərkəzlərinin elektrik enerjisi ilə təmin olunmasında istifadə ediləcək. İki şirkət arasındakı razılaşmaya əsasən Google 500 meqavat elektrik enerjisi əldə edəcək. Google şirkətinin sözlərinə əsasən nüvə reaktorları artıq bu onilliyin sonuna kimi istifadəyə verilməlidir.Süni zəka texnologiyası isə data mərkəzlərinin enerji sərfiyyatlarını daha da yüksəldib.

 

Ardını oxu...

Sındırılması mümkünsüz olan kvant rabitəsi, getdikcə reallığa yaxınlaşır!

 Alimlər, kvant rabitə şəbəkəsində məlumatların təhlükəsiz ötürülməsi üçün istifadə oluna bilən işıq hissəcikləri yarada bilən qeyri-adi parlaq işıq mənbəyi hazırlayıblar.

 Kvant interneti, dolaşıq foton cütlərindən istifadə edərək məlumat ötürə bilər. Bu fotonlar, kvant mexanikasının qəribə qanunlarına uyğun olaraq zaman və məkandan asılı olmayaraq məlumat paylaşa bilir. Dolaşıq fotonlarda kodlanmış məlumatlar, yüksək sürətlə ötürülə bildiyi halda, “kvant koherensiyası” adlanan vəziyyət sayəsində məlumatlar tutulmaz hala gəlir.Bununla belə, kvant internetinin qurulmasında ən böyük problemlərdən biri məsafə artdıqca bu fotonların gücünün zəifləməsidir.

Buna görə də uğurlu kvant interneti üçün fotonlar dolanışığı itirmədən uzun məsafələrə daşına bilməlidir.

Ardını oxu...

Süni intellekt önümüzdəki 10 il ərzində yox olacaq peşələri açıqlayıb!

Süni intellektin bir çox peşə sahələrində geniş şəkildə istifadə edildiyini müşahidə edirik. Xüsusilə kənd təsərrüfatı sektorunda diqqətçəkən inkişaflar baş verir. O, kənd təsərrüfatında məhsuldarlığı artırmaq, resurslardan istifadəni optimallaşdırmaq və ətraf mühitə təsirləri azaltmaq üçün mühüm həllər təklif edir. Təəssüf ki, süni intellekt kənd təsərrüfatı işçilərinin yerini alacaq. Bununla yanaşı, süni intellektin çağrı mərkəzi işçiləri, məlumat girişi və inzibati dəstək işçiləri, kargo və anbar işçiləri, istehsal və montaj işçiləri ilə müştəri təmsilçilərinin də yerini alacağı deyilir.

 

 Süni intellektə görə qarşıdakı 10 il ərzində yox olacaq peşələr aşağıdakı kimi sıralanıb:
 
 
 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1914032
Bu gün
Bu həftə
Bu ay
Ümumi
264
5662
3153
1914032
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.