Məlumatların saniyədə 10 Gbit sürətlə ötürülməsi: Qualcomm Snapdragon X70 5G modemi təqdim edilib
Qualcomm şirkəti Snapdragon X70 5G adlı yeni flaqman modemini təqdim edib. Məlumatda qeyd edilib ki, sözügedən modem dünyada ilk dəfə modem radiotezlik sistemində süni zəka prosessorunu əldə edib. Sadə sözlə desək, Snapdragon X70 5G modemində ayrıca süni zəka bloku mövcuddur və bunun mobil şəbəkə üçün nəzərdə tutulmuş modemdə reallaşdırılması bir ilkdir. Modemə inteqrasiya edilmiş süni zəka bloku Qualcomm 5G AI Suite adlanır.

MediaTek şirkəti Dimensity seriyasının 2 yeni prosessor modelini təqdim edib. Söhbət, MediaTek Dimensity 8100 və Dimensity 8000 modellərindən gedir. Sözügedən prosessorlar orta seqmentə aid 5G dəstəkli güclü smartfonlar üçün nəzərdə tutulub. Bundan əlavə olaraq bu prosessorlar yüksək keyfiyyətli kameraları da dəstəkləyirlər. 5 nanometrlik Dimensity 8100 prosessoru 2.85 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A78 nüvəsinə və 2.0 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A55 nüvəsinə sahibdir.
TikTok yenidən Youtube kimi böyük platformaların istifadəçi kütləsini özünə çəkmək məqsədini önünə qoyub. Belə ki, sözügedən məşhur sosial şəbəkə 10 dəqiqəlik videoların yüklənməsi imkanını tədricən istifadəyə verməyə başlayır. Sosial media üzrə britaniyalı mütəxəssis Matt Navarra bildirib ki, o, TikTok yenilənməsi barəsində mesajı əldə edib. Əldə edilmiş mesajda TikTok-un yeni versiyasının smartfonlar və kompüterlər üçün qlobal miqyasda istifadəyə verilməsi barəsində məlumat əks olunub. Həmçinin əldə edilmiş mesajda qeyd edilib ki, TikTok yüklənən videoların xronometrajlarını 10 dəqiqəyə yüksəldir. Qeyd etmək lazımdır ki, bu, TikTok-un bu məsələ ilə bağlı ilk addımı deyil.
Mütəxəssislər Xenomorph adlı yeni Android virus barəsində məlumat veriblər. Aşkar edilmiş yeni virus Google Play Store üzərindən yayılır. Analitiklərin məlumatlarına əsasən bu virus artıq 50.000 ədəd cihazı yoluxdurub. Məlumatda qeyd edilib ki, Xenomorph adlı virus ilk növbədə cihazlardakı vacib maliyyə məlumatlarının axtarılması ilə məşğul olur. Hal hazırda sözügedən virus hələ hazırlanma mərhələsindədir. Lakin buna baxmayaraq o artıq İspaniya, İtaliya, Portuqaliya və Belçika kimi ölkələrin maliyyə müəssisələrinin müştərilərinə qarşı kiberhücumlar reallaşdırır.