Google yeni orta büdcəli Pixel 5a 5G smartfonunu təqdim edib
Google Pixel smartfon seriyasına Pixel 5a 5G adlı yeni orta büdcəli model daxil olub. Bu yeni smartfon özündə keçən ilki Pixel modellərinin dizaynını birləşdirib və bir sıra maraqlı özəlliyi əldə edib. Onların arasında sudan qorunan gövdə, Pixel seriyasında ən böyük batareya həcmi və istifadəçilərin konfidensial məlumatlarının qorunması üçün nəzərdə tutulmuş Titan M çipi var. Beləliklə Google Pixel 5a 5G smartfonu 2400x1080 piksel keyfiyyətində olan 6.34 düym OLED ekran əldə edib. Ekranın yuxarı sol hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası smartfonun arxa panelində yerləşdirilib.