“WhatsApp” yeni interfeysi və funksiyanı sınaqdan keçirir
“WhatsApp” iOS üçün əlaqə məlumatlarının yer aldığı yeni səhifəni sınaqdan keçirməyə başlayıb.
Yenilik 22.6.0.73 beta versiyasında tətbiq edilib.
Yenilənmiş interfeys avqust ayında biznes hesabları üçün istifadıyı veriləcək. Yeni əlaqə məlumatı səhifəsində daha böyük zəng düymələri, həmçinin mesajların axtarışı üçün yeni qısayol təqdim ediləcək.
Ardını oxu...
Mobil telefonlar elektron döymələrlə əvəz oluna bilər.
Paint və Notepad Windows əməliyyat sisteminin yeganə ştat tətbiqləri deyillər. Sözügedən tətbiqlərdən əlavə olaraq Windows-un tərkibinə həmçinin müxtəlif multimedia alətləri daxildir və Microsoft yaxın zamanda onlardan birini təkmilləşdirəcək. Söhbət, videoların redaktə edilməsi üçün nəzərdə tutulmuş tətbiqdən gedir. Yaxın zamanda primitiv Gallery funksiyalarının əvəzinə təkmilləşdirilmiş proqram alətləri istifadəyə veriləcək. Clipchamp adlı tətbiq artıq Windows 11 Insider Preview Build 22572 test versiyasında istifadəyə verilib.
Google şikətinə məxsus olan DeepMind laboratoriyası daha əvvəl uğurla süni zəkaya insan səviyyəsində proqramlaşdırmanı öyrətmişdi. İndi isə mütəxəssislər daha bir sahəni fəth etmək qərarına gəliblər Söhbət, süni zəkanın tətbiqi arxeologiyada istifadəsindən gedir. Belə ki, DeepMind-ın yaratdığı yeni süni zəka sistemi qədim mətnləri yüksək dəqiqliklə bərpa edə bilir. Yaradılmış yeni süni zəka sistemi qədim mətnlərin itmiş hissələrini bərpa etməklə yanaşı onların mənşəyni və tarixini təyin edə bilir. Bunun üçün DeepMind mütəxəssisləri İtaliyadan, Fransadan və Yunanıstandan olan tarixçilər ilə birlikdə süni zəka sistemini qədim yunan mətnləri üzrə böyük məlumatlar bazası vasitəsilə təlimatlandırıblar. Nəticədə Ithaca adlı süni zəka sistemi yaradılıb.
Google şirkəti istifadə edilməyən tətbiqlər tərəfindən yaddaşda tutulan yerin 60%-nin azad olmasına imkan verəcək yeni funksiya üzərində çalışır. Archived APK adlı bu yeni funksiya istifadə edilməyən tətbiqlərin arxivləşdirilməsi imkanını verəcək. Qeyd etmək lazımdır ki, arxivləşdirmə prosesi zamanı istifadəçinin tətbiqdəki məlumatları yox olmayacaqlar. Bazarda hal hazırda satılan smartfonların əksəriyyəti 64 GB-dan daha yüksək yaddaş həcminə sahibdir. Lakin köhnə smartfonlar daha aşağı yaddaş həcminə sahibdirlər. Android cihazlarda yaddaş həcminin çatışmazlığı problemini aradan qaldırmaq üçün Google şirkəti yaxın zamanda archived APK adlı funksiyanı istifadəyə verəcək.