iPhone 13 modellərinin satış qiymətləri ortaya çıxıb
Apple artıq gələn ay yeni iPhone 13 smartfon seriyasını təqdim edəcək. iPhone 12 mini modelinin aşağı satış göstəricilərinə baxmayaraq Apple bu il də mini modelini təqdim edəcək. Beləliklə gələn ay bizləri yenidən 4 iPhone modeli gösləyir: iPhone 13 mini, iPhone 13, iPhone 13 Pro və iPhone 13 Pro Max. Trandforce adlı analitik şirkətin verdiyi məlumata əsasən Apple bu ilki iPhone modellərinin qiymətlərində dəyişiklik etməyəcək. Lakin buna baxmayaraq onların qiymətləri aşağı da olmayacaq. Təqdim olunacaq iPhone 13 modellərinin qiymətlərinin iPhone 12 modellərinin qiymətləri ilə eyni səviyyədə olacaqlarının əsas səbəbi ondan ibarətdir ki, iPhone 13 modellərində elə də təəccübləndirici yeniliklər olmayacaq.