Cümə axşamı, 28 Mart 2024

Youtube ilə daha sərt rəqabət?: TikTok 10 dəqiqəlik videoları dəstəkləməyə başlayıb

TikTok yenidən Youtube kimi böyük platformaların istifadəçi kütləsini özünə çəkmək məqsədini önünə qoyub. Belə ki, sözügedən məşhur sosial şəbəkə 10 dəqiqəlik videoların yüklənməsi imkanını tədricən istifadəyə verməyə başlayır. Sosial media üzrə britaniyalı mütəxəssis Matt Navarra bildirib ki, o, TikTok yenilənməsi barəsində mesajı əldə edib. Əldə edilmiş mesajda TikTok-un yeni versiyasının smartfonlar və kompüterlər üçün qlobal miqyasda istifadəyə verilməsi barəsində məlumat əks olunub. Həmçinin əldə edilmiş mesajda qeyd edilib ki, TikTok yüklənən videoların xronometrajlarını 10 dəqiqəyə yüksəldir. Qeyd etmək lazımdır ki, bu, TikTok-un bu məsələ ilə bağlı ilk addımı deyil.

 Keçən ilin iyul ayında sosial şəbəkə yüklənən videoların xronometrajlarını 3 dəqiqəyə yüksəltmişdi. TikTok-un ilk vaxtlarında isə platformaya yalnız 1 dəqiqəlik videolar yükləmək mümkün idi. Digər tərəfdən bu yeni qərar heç də təəccüblü olmadı. Belə ki, sosial şəbəkə 3 dəqiqəlik vdeoların yüklənməsi imkanını təqdim edəndən sonra məhdud sayda istifadəçi arasında 10 dəqiqəlik videoların yüklənməsini test etməyə başlamışdı. Bundan sonra istifadəçilər uzun videoları ayrı-ayrı hissələrə bölmək əvəzinə onları bir dəfəlik platformaya yükləyə biləcəklər. Başqa sözlə desək, TikTok həqiqətən də tədricən Youtube analoquna çevrilməyə başlayır. Youtube isə son vaxtlar əksinə qısa videolar sahəsinə öz diqqətini ayırıb.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1041463
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1054
3547
20507
1041463
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi