Apple yeni iPad Air planşetini, Mac Studio kompüterini və 27 düym-lük Studio Display ekranını təqdim edib
Apple şirkəti dünən 5G dəstəkli yeni iPhone SE (2022) smartfon modelindən əlavə olaraq 5G dəstəkli 5-ci nəsil iPad Air planşetini, yeni Mac Studio kompüterini və 27 düym ölçülü Studio Display ekranını təqdim edib. Yeni iPad Air modeli 5G dəstək ilə yanaşı Apple M1 prosessorunu və iPad Pro dizaynını əldə edib. Planşet HDR dəstəkli 10.9 düym Liquid Retina ekran ilə təchiz olunub. Planşetin ön panelinin yuxarı hissəsində 12 MP-lik kamera yerləşdirilib. Planşet həmçinin 12 MP-lik arxa kameraya sahibdir. Yeni iPad Air modeli Apple M1 prosessoru ilə təchiz olunub.

Apple şirkəti dünənki təqdimat tədbiri çərçivəsində Apple M1 prosessor seriyasının ən güclü modelini təqdim etdi. Söhbət, 20 nüvəli Apple M1 Ultra-dan gedir. Sözügedən prosessoru ilk əldə etmiş kompüter isə Mac Studio oldu. M1 Ultra-nın əsas fərqləndirici özəlliyi onun UltraFusion adlı arxitekturaya sahib olmasındadır. Onun sayəsində Apple şirkəti 2 ədəd M1 Max çipini bir böyük prosessorda birləşdirib. Bu, M1 Max-da saniyədə 2.5 TB sürətli ötürmə qabiliyyətinə sahib prosessorlararası birləşmə özəlliyi hesabına mümkün olub. Nəticədə M1 Ultra M1 Max-ın göstəricilərini iki dəfə yüksəldir.
Whatsapp tətbiqinin müəllifləri istifadəçilər üçün yeni məhdudiyyət tətbiq etməyi planlaşdırırlar: mesencerin yeni versiyasında məlumatların göndərilməsi üçün limit qoyulacaq, yəni əgər istifadəçi başqasına göndərmək istədiyi məlumat barəsində “Göndərilib” məzmunlu xəbərdarlıq alarsa, həmin məlumatı qrup halında bir neçə çata eyni zamanda göndərə bilməyəcək.
“WhatsApp” messencerinin “Android” üçün yeni beta versiyasında səsli mesajların yazılmasına fasilə vermək və bərpa etmək imkanı var.
İnternet üzərindən dələduzluq daimi olaraq üst səviyyəyə çıxır. Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislər məşhur brauzer üzərindən Android istifadəçilərin məlumatlarını oğurlamağa imkan verən yeni dələduzluq üsulu barəsində məlumat veriblər. Verilmiş məlumata əsasən yeni dələduzluq üsulu çərçivəsində dələduzlar internet mağazalarını əhatə edən müxtəlif saytlarda bannerlər yerləşdirirlər. Yerləşdirilən bannerlərdə istifadəçilərə istifadə olunan brauzerin yenilənməsi təklif olunur.