Cümə axşamı, 18 Aprel 2024

Neyron şəbəkəsi tərəfindən yaradılmış rəqəmsal rəsm əsəri incəsənət müsabiqəsində qalib gəlib

    ABŞ-ın Kolorado ştatında maraqlı bir hadisə baş verib. Belə ki, keçirilmiş incəsənət müsabiqəsinin iştirakçılarından biri neyron şəbəkəsi tərəfindən generasiya edilmiş rəsm əsəri sayəsində müsabiqənin rəqəmsal incəsənət kateqoriyasında qalib gəlib. Bu isə öz növbəsində internet istifadəçiləri arasında narazılıqlara və müzakirələrə səbəb olub. Məlum olub ki, sözügedən kateqoriya üzrə qalib gəlmiş Jason Allen adlı şəxs stolüstü oyunların hazırlanması ilə məşğul olan Incarnate Games şirkətinin prezidentidir. Onun neyron şəbəkəsi vasitəsilə generasiya etmiş olduğu əsər “Theatre D’opera Spatial” adını əldə edib.

Neyron şəbəkəsi tərəfindən generasiya edilmiş rəqəmsal rəsm əsərində klassik geyimli insanların olduqları böyük otaq əks olunub.

Otağın uzaq hissəsində isə Ayı və ya divar üzərində dairəvi keçidi xatırladan böyük ölçülü sfera yerləşir. Sözügedən rəqəmsal rəsm əsərinin yaradılması üçün Jason Allen Midjourney adlı neyron şəbəkəsindən istifadə edib. Sözügedən neyron şəbəkəsi istifadəçi tərəfindən daxil edilən mətnli təsvirlər əsasında fotolar yaradır. Müsabiqədə qalib gəlmiş Jason Allen-in sözlərinə əsasən rəqəmsal rəsm əsərinin final versiyasını məhz özü yaradıb. Belə ki, o, neyron şəbəkəsi üçün ideal mətn sorğularının seçilməsi və 3 uğurlu fotonun əldə edilməsi üçün həftələrlə vaxt sərf edib. Neyron şəbəkəsi tərəfindən generasiya edilmiş rəqəmsal rəsm əsəri isə daha sonra Allen tərəfindən Gigapixel AI vasitəsilə yaxşılaşdırılıb və sonda kətan üzərində çap edilib.

    Allen-in sözlərinə əsasən o heç kimi aldatmayıb və müsabiqədə ədalətli şəkildə qalib gəlib. O bildirib ki, rəsm əsəri neyron şəbəkə vasitəsilə generasiya edilsə də, bu halda insanın öz işi çox vacibdir. Belə ki, generasiya edilmiş rəsmi Photoshop vasitəsilə redaktə etmək və daha sonra süni zəka upscale sayəsində onun keyfiyyətini yüksəltmək lazımdır. Bəziləri bu cür üsulu sərt şəkildə tənqid edərək bildiriblər ki, neyron şəbəkə tərəfindən generasiya edilmiş rəsm əsəri real rəssamlar tərəfindən yaradılmış rəsm əsərləri ilə yarışmamalıdırlar. Digərləri isə bu məsələdə heç bir problemin olmadığını qeyd ediblər. 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1059753
Bu gün
Bu həftə
Bu ay
Ümumi
94
2705
15579
1059753
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi