Bazar ertəsi, 26 Fevral 2024

Adobe şirkətinin yeni süni zəka funksiyası videolardakı lazımsız obyektləri silə bilir

Adobe şirkəti generativ süni zəka sistemləri ilə müxtəlif təcrübələr aparmağa davam edir. Özünün Photoshop tətbiqinə çoxlu sayda süni zəka funksiyasını əlavə edəndən sonra şirkət hal hazırda öz diqqətini videolara ayırıb. Şirkətin hazırladığı Project Fast Fill adlı yeni funksiya bu və ya digər videoda baş verənləri dəyişmək imkanına sahibdir. Sözügedən funksiya Google Pixel 8 smartfonlarında olan Magic Eraser funksiyasını xatırladır.

 Google Pixel 8 smartfonlarındakı bu funksiya fotolardakı obyektləri silməyə, onların yerlərini dəyişməyə və obyektlərin özlərini redaktə etməyə imkan verir.

Lakin Adobe şirkətinin hazırladığı yeni süni zəka funksiyası məhz videolara istiqamətlənib. Məsələn Project Fast Fill funksiyası videodakı kənar şəxsləri, avtomobili və ya digər bir obyekti silə bilər. Sözügedən funksiya vasitəsilə videodakı obyektləri üstəlik dəyişmək də olar. Hal hazırda bu funksiya hazırlanma mərhələsindədir və onun nə zaman istifadəyə veriləcəyi bilinmir.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1017795
Bu gün
Bu həftə
Bu ay
Ümumi
732
1809
20879
1017795
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi