Cümə axşamı, 13 İyun 2024

Instagram-dakı Reels videolarının smartfona yüklənməsi funksiyası istifadəyə verilib

Instagram-ın rəhbəri Adam Mosseri elan edib ki, fotoservisin bütün dünyadakı istifadəçiləri artıq Reels videolarını öz cihazlarına yükləyə bilərlər. Lakin burda bir sıra nüansları qeyd etmək lazımdır. Daha öncə istifadəçilər Instagram videolarını yalnız tətbiq daxilində seçilmişlər arasında saxlayıb daha sonra izləyə bilirdilər. Məlumatda qeyd edilib ki, istifadəçi öz cihazına Reels videonu yükləyən zaman yüklənmiş videoya videonun müəllifinin hesab adı əlavə ediləcək. Eyni üsul həmçinin TikTok-da da reallaşdırılıb. Reels videonu yükləmək üçün Share düyməsinə klikləyib yükləmə bəndini seçmək lazımdır. Videoların müəllifləri həmçinin öz Reels videolarının yüklənməsini deaktiv etmək imkanına da sahib olublar. Bundan əlavə olaraq yüklənmiş videoda lisenziyalı audio fayl istifadə edildiyi halda video səssiz formatda yüklənəcək.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1110387
Bu gün
Bu həftə
Bu ay
Ümumi
190
3855
13515
1110387
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi