Şənbə, 27 Aprel 2024

Stock fotoların tərtibatı üçün yeni süni zəka platforması təqdim edilib

Getty Images şirkəti NVIDIA ilə birgə Generative AI by iStock adlı yeni platformanı təqdim edib. Sözügedən platforma mətn formatında təsvirlər əsasında stock fotoların tərtib edilməsi üçün nəzərdə tutulub. Bu yeni platforma daha öncə anons edilmiş Generative Getty Images adlı servisin inkişaf etmiş versiyasıdır. Lakin Generative AI by iStock yalnız stock kitabxanalar üçün fotoların tərtib edilməsinə istiqamətlənib.
Platforma NVIDIA-nın Picasso adlı süni zəka modeli əsasında çalışır. Məlumata əsasən sözügedən yeni platforma stock fotoların seçilməsi mövzusunda freelancer-lərin və kiçik biznesin işini sadələşdirə bilər. Servisdən istifadə haqqı 14.99$ təşkil edir. Bu qiymətə süni zəkaya göndərilməsi üçün nəzərdə tutulmuş 100 ədəd sorğu daxildir. Sistem hər sorğu üçün 4 müxtəlif foto tərtib edir.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1066791
Bu gün
Bu həftə
Bu ay
Ümumi
553
4595
22617
1066791
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi