ChatGPT-yə axtarış düyməsi əlavə edilib!
OpenAI, ChatGPT üçün yeni axtarış funksiyasını istifadəyə verib. Bununla, istifadəçilər keçmiş söhbətlərini açar sözlərlə axtara biləcəklər. Şirkət, bu alətlə istifadəçilərin əvvəlki dialoqlardan faydalı məlumatlara daha asan çatmalarını təmin etməyi planladığını bildirir. Axtarış funksiyası hal-hazırda OpenAI-ın Plus və Team planı abunəçiləri üçün əlçatandır. Pulsuz və təhsil istifadəçiləri isə gələn aydan etibarən bu funksiyaya giriş əldə edəcəklər. Axtarış aparıldıqda süni zəka istifadəçinin söhbət tarixçəsini yoxlayır və daxil edilmiş sözlərlə uyğunlaşan dialoqları siyahıya alır. Nəticələrə klik edildikdə isə müvafiq söhbət açılır.

“Microsoft” şirkəti “Microsoft Digital Defense Report 2024” hesabatını dərc edib. 114 səhifəlik sənəd son bir ildə müxtəlif növ kiberhücumların sayında əhəmiyyətli artım olduğunu göstərir. Sənəddə bildirilir ki, Windows istifadəçilərinə hər gün 600 milyondan çox kiberhücum baş verir. Həmçinin bu rəqəmlərin getdikcə daha çox artdığı da
Süni intellekt texnologiyaları ilə ixtisaslaşan OpenAI istifadəçilərə ChatGPT-ə inteqrasiya olunmuş axtarış sistemini təqdim edib. ChatGPT yeni inteqrasiya edilən axtarış sistemi ilə Google şirkətinə rəqib olaraq onun taxtından endirə bilər.
Süni intellekt hazırda bir çox şirkətin öz işlərinə uyğunlaşdırmağa çalışdığı vacib bir faktordur. Google bu sahədə qabaqcıl şirkətlərdən biridir və bu, Google-un gəlirlərinin artmasına da mühüm töhfə verir. Alphabet-in açıqladığı rəqəmlərə görə, şirkət son rübdə 88.3 milyard dollar gəlir əldə edib. Bu gəlirin əsas hissəsi 76.5 milyard dollar gəlirlə Google Xidmətlərindən, Google Cloud-dan isə illik müqayisədə 35% artım yaşanaraq 11.4 milyard dollar gəlir əldə edilib. Xüsusilə bulud xidmətlərindəki bu artım, Google-un süni intellekt infrastrukturuna təqdim etdiyi xüsusiyyətlər sayəsində mümkün olub.
Microsoft-un Copilot Vision funksiyası və OpenAI-nin ChatGPT üçün masaüstü tətbiqi, kompüterinizin ekranını görməyə əsaslanaraq süni zəka alətlərinin nələr edə biləcəyini artıq göstərmişdi. Google-un Android-dəki Gemini tətbiqi də oxşar bacarıqlara sahibdir. Ancaq Anthropic-in yeni funksiyası, bu imkanları bir addım da irəli apararaq süni zəkaya ekran üzərində aktiv tapşırıqları yerinə yetirmə bacarığı verir.