X-də (keçmiş Twitter) ödənişli qeydiyyat planlaşdırılır
Elon Musk sahibi olduğu X (keçmiş Twitter) sosial şəbəkəsi ilə bağlı təcrübələr aparmağa davam edir. Bu dəfə Musk sözügedən sosial şəbəkədəki paylaşımlarda tarixlərin aradan qaldırmağa hədəflənib. Bununla yanaşı X-də qeydiyyat üçün bir dəfəlik 8$ ödənişin edilməsi planlaşdırılır. Məlumatda qeyd edilib ki, Musk-ın fikrincə paylaşımlardan tarixlərin aradan qaldırılması ana səhifənin ümumi vizual görüntüsünü yaxşılaşdıracaq. Faktiki olaraq tarixlər olduqları kimi qalacaqlar.WhatsApp daxilində süni zəka əsaslı çat-botların yaradılması funksiyası hazırlanır
WhatsApp tərtibatçıları messencerdə süni zəka əsaslı fərdi çat-botların yaradılması funksiyasını hazırlayırlar. Bu yeni funksiya messencerin Android üçün nəzərdə tutulmuş 2.25.1.26 nömrəli beta versiyasında aşkar edilib. Daha öncə məlumat ortaya çıxmışdı ki, messencer daxilindəki Communities qovluğu süni zəka qovluğu ilə əvəz ediləcək və həmin qovluqda süni zəka ilə bağlı bütün funksiyalar yerləşəcəklər. Belə funksiyalardan biri isə “AI Character” adlı funksiya olacaq. Adından da bəlli olduğu kimi sözügedən funksiya süni zəka əsaslı fərdi çat-botun yaradılmasına istiqamətlənib. İstifadəçilər çat-botların tapşırıqlarını və məqsədlərini qeyd etməklə onları yarada biləcəklər. Bu funksiyanın bütün istifadəçilər üçün nə zaman istifadəyə veriləcəyi bilinmir. Belə ki, funksiya hələ hazırlanma mərhələsindədir və hətta messencerin beta versiyasında belə aktiv deyil.
Neuralink öz beyin implantını üçüncü pasientə implantasiya edib
Elon Musk-ın Neuralink şirkəti təqribi olaraq 1 il bundan öncə öz beyin implantını Noland Arbaugh adlı ilk pasientə implantasiya etmişdi. İfliclikdən əziyyət çəkən Noland beyin implantını əldə edəndən müəyyən müddət sonra fikir gücü vasitəsilə kompüter siçanının ekrandakı işarəsini idarə etməyi öyrəndi. Keçən ilin yay fəslində Neuralink öz beyin implantını ikinci pasientə implantasiya etdi. İndi isə Musk rəsmi şəkildə elan edib ki, şirkət öz beyin implantını üçüncü pasientə implantasiya edib.Süni zəka ənənəvi antivirus tətbiqlərini qeyri-effektiv edib
Palo Alto Networks Unit 42 şirkətinin təhlükəsizlik üzrə mütəxəssisləri aşkar ediblər ki, böyük dil modelləri zərərli JavaScript kodunun demək olar sonsuz sayda müxtəlif versiyalarını tərtib edə bilirlər. Bununla belə tərtib edilən zərərli kod elə şəkildə tərtib edilir ki, onun antivirus tətbiqləri sayəsində təyini ehtimalı olduqca aşağı səviyyədə olsun. Məlum olub ki, süni zəka antivirus tətbiqləri tərəfindən aşkar edilmədən 88% halda yan keçə bilən zərərli kodun 10 000 kopyasını tərtib edə bilir.NASA ilk dəfə Günəşə çox yaxın bir məsafədən uçuş həyata keçirib!
NASA-nın kosmik aparatı daha əvvəl heç bir aparatın yaxınlaşmadığı qədər Günəşə yaxınlaşaraq tarixə düşüb. Parker Solar Probe adlanan aparat, Günəşin xarici atmosferi olan koronanın yandırıcı istiliyinə tab gətirərək Günəşə 6.1 milyon kilometr məsafəyə çatıb. Aparatın istilik qalxanları isə 930 dərəcə istiliyə dözə bilib.
2018-ci ilin avqustunda buraxılan Parker Solar Probe, Günəşi daha yaxından öyrənmək və kosmosdakı hava hadisələrini qabaqcadan müəyyən etmək üçün nəzərdə tutulmuş 7 illik bir missiyanı yerinə yetirir.Bu missiya, Yer üzündəki həyata təsir edə biləcək kosmos hadisələri haqqında daha çox məlumat əldə etməyi hədəfləyir.
Ardını oxu...
