Süni zəka ənənəvi antivirus tətbiqlərini qeyri-effektiv edib

“Böyük dil modelləri sıfırdan zərərli proqram təminatının tərtibatında çətinlik çəksələr də, kibercinayətkarlar onları artıq mövcud olan zərərli proqram təminatının kopyasının yaradılmasında və ya maskalanmasında istifadə edə bilərlər. Bu isə öz növbəsində onların antivirus tətbiqləri vasitəsilə aşkar edilməsini qəlizləşdirir” - deyə Palo Alto Networks Unit 42 şirkəti qeyd edib. Lakin demək olmaz ki, bu məsələ diqqətsiz qalıb. Belə ki, böyük dil modellərinin tərtibatçıları onların belə məqsədlərdə istifadələrinin qarşısını almaq üçün daimi şəkildə təhlükəsizlik tədbirlərini görürlər.
Bununla belə kibercinayətkarlar da öz yerlərində durmurlar. Onlar artıq WormGPT kimi bir aləti təqdim ediblər. Bu, zərərli proqram təminatlarının hazırlanması və inandırıcı fişinq (phishing) məktubların tərtib edilməsi üçün nəzərdə tutulmuş sistemdir. Palo Alto Networks Unit 42 şirkətinin mütəxəssisləri böyük dil modelini zərərli kodun təkmilləşdiricisi rolunda istifadə ediblər. Nəticədə onlar müşahidə ediblər ki, süni zəka zərərli kodun 10 000 növünü tərtib edə bilib. Bununla belə onlardan heç biri Innocent Until Proven Guilty (IUPG) və PhishingJS kimi vasitələr tərəfindən aşkar edilməyib.