Cümə axşamı, 28 Mart 2024

İnsana bənzər Ameca robotunun yeni realistik insani mimikaları sərgilənib

Keçən il Britaniyanın Engineered Arts adlı şirkəti insana bənzər Ameca adlı robotu ilə məşhurlaşmışdı. Bu robotun əsas fərqləndirici özəlliyi ondan ibarətdir ki, o, insan mimikalarına maksimal dərəcədə bənzəyən mimikaları özündə birləşdirir. Bir neçə gün bundan öncə isə sözügedən robotun mühəndisləri onun yeni imkanlarını sərgiləyiblər. Robotun yeni imkanları arasında 12 növ yeni emosiya mövcuddur. Robotun sisteminə inteqrasiya edilmiş yeni emosiyalar arasında qəzəb, təqsir, panika və s. var. Öz saytında Engineered Arts şirkəti qeyd edib ki, Ameca robotu dünyanın insana bənzər ən təkmilləşdirilmiş robotudur.

Ardını oxu...

Windows 11-də reallaşdırılacaq yeniliklər məlum olub

Microsoft yaxın zamanda Windows 11 üçün 22H2 adlı böyük yenilənməni təqdim etməyi planlaşdırır. Əməliyyat sisteminin yeni versiyasının nə zaman istifadəyə veriləcəyi barəsində dəqiq bir məlumat olmasa da, onun yaxın həftələrdə təqdim ediləcəyi gözlənilir. Belliklə 22H2 yenilənməsi vasitəsilə Windows 11 bir sıra yeni özəllikləri əldə edəcək və həmin özəlliklər əməliyyat sisteminin işini yaxşılaşdırmalı və onda olan səhvləri aradan qaldırmalıdır. Yeniliklər əsasən Start menyusunu əhatə edəcək. Belə ki, Start menyusuna sonunda tətbiqlərdən ibarət qovluqları əlavə etmək mümkün olacaq.

Ardını oxu...

Whatsapp-ın Windows üçün stabil versiyası istifadəyə verilib

Meta şirkəti Whatsapp-ın Windows üçün nəzərdə tutulmuş tətbiqinin beta testini yekunlaşdırıb və onu bütün istifadəçilər üçün istifadəyə verib. Beləliklə istənilən Windows istifadəçisi Whatsapp-ın sözügedən əməliyyat sistemi üçün olan tətbiqini Microsoft Store mağazasından yükləyə bilər. Windows üçün istifadəyə verilmiş stabil Whatsapp tətbiqinin əsas fərqləndirici özəlliyi ondan ibarətdir ki, o, istifadəçinin smartfonu ilə daimi sinxronlaşdırmanı tələb etmir.

Ardını oxu...

Xiaomi insana bənzər CyberOne adlı robotu təqdim edib

Xiaomi şirkəti insana bənzər CyberOne adlı robotu təqdim edib. Sözügedən robot həm proqram təminatı həm də konstruksiya baxımından keçən ilki CyberDog layihəsinin növbəti inkişaf mərhələsidir. CyberOne adlı robot iki ayağı vasitəsilə hərəkət edən zaman tarazlığını qoruya bilir. Onun intellektual bacarıqları isə insanların emosiyalarını təyin etməyə və üçölçülü xəritələr tərtib etməyə imkan verir. CyberOne robotunun boyu 177 sm, çəkisi isə 52 kq-dır. Bu robot keçən ilki CyberDog-dan fərqli olaraq daha təkmilləşdirilmiş modeldir. Belə ki, təqdim edilmiş yeni robot daha güclü mühərriklərə sahibdir, onun konstruksiyası daha müstəqil hərəkət edə bilir, alqoritmləri isə daha qəlizdir.

Ardını oxu...

Wifi modem-dən saytlara girişi bloklama qaydası

 Bəzən elə olur ki, evdə olan balaca uşaqların yaxud ofisdə həmkarların iş vaxtı girməli olduğu saytları limitləmək istəyirik. Bunu isə tətbiq etməyin əslində bir neçə variantı var: kompüterdən bloklamaq, tətbiqlər vasitəsilə bloklamaq və bugün izah edəcəyəmiz wifi modemdən bloklamaq. İlk iki üsul haqqında kanalımızda bundan əvvəl video paylaşmışıq, amma bugün danışacağımız wifi modemdən bloklama digər üsullardan fərqli olaraq həmin şəbəkəyə qoşulan bütün cihazların təyin edilən saytlara girişinə əngəl olur. 

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1041456
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1047
3540
20500
1041456
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi