Çin maye hidrogen ilə işləyən dronunu ilk dəfə uçuşa buraxıb!
Çin ilk dəfə hidrogen yanacaq elementləri ilə işləyən şaquli qalxma və enmə qabiliyyətinə malik ağır pilotsuz uçuş aparatını havaya qaldırıb. Hidrogen yanacağı ilə işləyən pilotsuz uçuş aparatının uçuş çəkisi 1,2 ton olub. Dronun əsas mühərrikləri fırlanandır və bu, təyyarə kimi şaquli qalxdıqdan sonra üfüqi uçuşa keçməyə imkan verir.
120-160 kq faydalı yük üçün nəzərdə tutulmuş DF600 Jinghong pilotsuz təyyarəsinin hidrogen kriogen yanacaq sisteminin dizaynı Tongchen Cryogenic tərəfindən həyata keçirilib.
Ardını oxu...
"WhatsApp" mesajlaşma tətbiqinin tərtibatçıları proqrama bir sıra yeni funksiyalar və təkmilləşmələr əlavə edən böyük yeniləməni elan ediblər.
Beləliklə, Avropada ilk dəfə olaraq bir hava limanında sürücüsüz nəqliyyat xidməti fəaliyyətə başlayır. “Robobus” adlanan bu avtonom nəqliyyat həlli Sürix hava limanında istifadə olunacaq. Çinin WeRide şirkəti tərəfindən hazırlanan və doqquz sərnişin tutumuna malik Robobus Avropada ilk kommersiya avtonom avtobus layihəsi olub.
Qeyts öz çıxışında Microsoftun niyə Android-i əvəz edə bilmədiyini açıqlayıb. “Proqram dünyasında, xüsusən də platformalara gəldikdə, bu bazarlar qalib gəlir. Mənim ən böyük səhvim Microsoft-un Android-i əvəz etmək fürsətini əldən verməsinə səbəb olan idarəçilik səhvlərim oldu”, – deyən Gates şirkətin bu sahədə uğursuzluğunun səbəb olduğunu bildirib. Həmçinin o bu səhvinin təxminən 400 milyon dollarlıq fürsəti qaçırmasına səbəb olduğunu da etiraf edib.
Xüsusilə yaz aylarında əvəzolunmaz bir əşya olan papaq, bu günə qədər soyutma cihazı kimi istifadə olunması üçün fərqli layihələrdə yer alıb. Belə ki, papaq su püskürtmə cihazı, papaq fanlardan sonra indi də günəş enerjisi ilə işləyən papaq təqdim edilib. Belə ki, CES2025 sərgisində EcoFlow Power Hat adı ilə sərgilənən papaq ilə smartfonlarınızı şarj edə biləcəksiniz.