Pilotsuz ictimai nəqliyyat sınaqdan keçiriləcək
Sürix kantonu və “SBB/CFF” dəmir yolu şirkəti 2025-ci ilin yazında sürücüsüz ictimai nəqliyyatı sınaqdan keçirəcək.
Sürix kantonu və “SBB/CFF” dəmir yolu şirkəti avtomatlaşdırılmış ictimai nəqliyyatı sınaqdan keçirəcək. 2025-ci ilin yazından etibarən Sürix yaxınlığındakı Furttal bölgəsinin əsas dəmir yolu qovşaqlarına pilotsuz servis maşınlarından istifadə etməklə çatmaq mümkün olacaq.
“SBB” şirkəti və Sürix kantonu əmindir ki, avtomatlaşdırılmış xidmətlər regionun sakinləri üçün mühüm əlavə xidmətlərin mənbəyi ola bilər.
Ardını oxu...
Həm OpenAI, həm də Sora istifadəçiləri tərəfindən paylaşılan nümunələr onu göstərir ki, artıq kino keyfiyyətində videolar süni intellekt tərəfindən hazırlana bilər. Sora, möhtəşəm realistik təsvirlə əsas xəbər bülleteni kimi görünən videolar və ya təhlükəsizlik kamerası görüntüləri yarada bilir. Bu nümunələr xüsusilə qeyd olunmalıdır, çünki bu sahədəki yüksək realistik səviyyə saxta videoların yaradılıb, sürətlə yayılmasına şərait yarada bilər. Hazırkı vəziyyətdə Sora, məhsuldar əllərdə möcüzələr yarada bilsə də, “pis” niyyətli insanların əlində yüksək səviyyədə dezinformasiyaya yol aça bilər.
Çin, Honq Konq və Yaponiyadan olan tədqiqatçıların birgə əməkdaşlığı ilə yaradılan və sadə dillə "elektrikli lolipop" adlandırılan cihazın işləmə prinsipi olduqca qəribədir. Bu ixtira, ümumilikdə 9 müxtəlif dad yarada bilir və bu dadları istifadəçiyə çatdırmaq üçün elektrik cərəyanlarından istifadə edir. Bunu bir az daha aydın izah etsək, cihazın içində saxlanılan təhlükəsiz və yeyilə bilən kimyəvi maddələr iontoforez metodu ilə istifadəçinin dilinə ötürülür. Yaradılan elektrik cərəyanlarının gücü isə virtual reallıqda oyun oynayarkən və ya film izləyərkən gördüyünüz yeməklərin dadını müəyyən edir.
Hakerlər bu dəfə potensial olaraq qurban seçdikləri insanların və e-poçt xidmətlərinin müdafiəsini qırıb keçən fişinq hücumlarını həyata keçirmək üçün yeni üsul tapıblar. Bunun üçün onlar bilərəkdən korlanmış Microsoft Word fayllarından istifadə etmək qərarına gəliblər. Beləliklə, hakerlər sadəcə düzgün işləməyən Microsoft Word faylları ilə istifadəçilərin hesablarını oğurlayırlar.
Toyota-nın CUE6 insanabənzər robotu, təxminən 25 metr məsafədən topu səbətə ataraq dünya rekordu qırıb. Məhz bu rekordu qırmas bütün diqqətləri Toyota brendinin yeni insanabənzər robotuna tərəf çevirib.