X-də (keçmiş Twitter) ödənişli qeydiyyat planlaşdırılır

Sadəcə olaraq onları görmək üçün hər bir posta daxil olmaq lazım gələcək. Lakin istifadəçilər bu addımı tənqid edirlər. Belə ki, onlar bu və ya digər məlumatın aktuallığını təyin etməkdə çətinlik yaşayacaqlarından narahatdırlar. Bununla yanaşı məlumata əsasən X-də qeydiyyatdan keçmək istəyəcək yeni istifadəçilər 8$ həcmində bir dəfəlik ödəniş etməli olacaqlar. Bununla belə bu ödəniş özündə X Premium abunəliyini də birləşdirəcək. Bu addım botlarla mübarizəyə və X-in gəlirlərinin artırılmasına istiqamətlənib. Qeyd etmək lazımdır ki, Musk-ın 2022-ci ildə Twitter-i almasından sonra bu platformanın reklam gəlirləri kəskin şəkildə aşağı düşdü.