Dünyanın ilk nüvə enerjisi ilə işləyən hidrogen istehsalı obyekti tikiləcək!
Yaponiya karbonsuz enerji istehsalı məqsədinə doğru mühüm addım atmağa hazırlaşır. Layihə çərçivəsində Yaponiya Atom Enerjisi Agentliyi (JAEA) qabaqcıl Yüksək Temperaturlu Qaz Soyudulmuş Reaktor (HTGR) texnologiyasından istifadə edərək hidrogen istehsalı müəssisəsi qurmağı planlaşdırır. Beləliklə, əgər layihə reallaşarsa dünyanın ilk nüvə enerjisi ilə işləyən hidrogen istehsalı obyekti məhz Yaponiyada olacaq.
Adi nüvə reaktorlarından fərqli olaraq, HTGR su əvəzinə helium qazı ilə soyudulur. Bu yolla daha yüksək temperaturlara çata bilər.
Ardını oxu...
Kaspersky tədqiqatçıları həm Android, həm də iOS mobil mağazalarında bəzi tətbiqlərdə zərərli proqram aşkarlayıblar. Dmitri Kalinin və Sergey Puzan, SparkCat adlandırdıqları və 2024-cü ilin martından aktiv olan bir zərərli proqramla bağlı araşdırmalarını dərc ediblər.
Belə ki, Avropanın aparıcı aviasiya və kosmos şirkətlərinin Airbus başda olmaqla qüvvələrini birləşdirəcəyi böyük ittifaqdan söhbət gedir. Bu şirkət raket inkişafı, peyk istehsalı, buraxılış xidmətləri və kosmik nəqliyyat kimi sahələrdə SpaceX ilə rəqabət aparmağa çalışacaq.
ABŞ alimləri insan orqanizmində mikoplastik hissəciklərin səviyyəsini qiymətləndirən yeni bir araşdırmanın nəticələrini dərc ediblər. Bu dəfə onlar beyində 12 fərqli polimeri və o cümlədən məişətdə geniş istifadə olunan polietileni aşkar ediblər. Tədqiqatçılar mikroplastikin əsas mənbəyinin ət məhsulları ola biləcəyini düşünürlər. Hazırda dünyada plastik materialların istehsalı fasiləsiz şəkildə davam edir və yerli səviyyədə plastik torbaların və qablaşdırmaların qadağan edilməsi qlobal problemi həll etməyə kifayət etmir.