ChatGPT-yə dərin araşdırma funksiyası əlavə edilib
OpenAI şirkəti, süni zəka əsaslı ChatGPT əsaslı çat-botu üçün yeni funksiyanı elan edib. Yeni funksiya alqoritmə sorğusu əsasında "dərin araşdırmalar" aparmağa imkan verə bilər. Söhbət, OpenAI şirkətinin hələ toplaya təqdim edilməmiş o3 böyük dil model modeli Deep Research adlı funksiyadan gedir.

Google bildirib ki, ötən il yəni 2024-cü ildə 2.36 milyon riskli Android proqramını Play Store tətbiq mağazasından silib. Bundan əlavə, o, təxminən 158,000 zərərli tərtibatçı hesabını bloklayıb. Şirkətdən verilən rəsmi açıqlamaya görə, təhlillər nəticəsində bu tətbiqlərin təxminən 92%-nin süni intellektdən dəstək aldığı görülüb. Bildirilib ki, bu, daha sürətli və dəqiq addımlar atmağa imkan verir və tətbiqlərin Google Play-də əlçatan olmasına mane olur.
OpenAI, süni zəka modeli olan GPT-4o-nu yeniləyib. Yenilənmiş model, ChatGPT-nin həm ödənişli, həm də pulsuz versiyasını əhatə edir. Yenilənmə sayəsində neyron şəbəkə daha ağıllı olub, daha aktuallaşdırılmış məlumatlarla təmin edilib və istifadəçilərin yüklədiyi şəkilləri daha dərindən anlamağa və analiz etməyə öyrədilib.
Dünyanın ən böyük süni intellekt tədqiqat şirkətlərindən biri olan OpenAI, “Operator” adlı yarı avtonom süni intellekt agentini təqdim edib. Belə ki, Operator kompüterinizi insan kimi istifadə etmək, rezervasiya etmək, alış-veriş siyahıları yaratmaq və onlayn əməliyyatları idarə etmək kimi tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutulmuşdur.
İsrailin “Check Point” proqram təminatı bölməsi – “Check Point Research”in (CPR) araşdırmasına istinadla xəbər verir ki, fişinq hücumlarının həyata keçirilməsi üçün istifadə edilən “Microsoft” brendinin payı 32 faiz təşkil edib. Sonrakı yerləri hər biri 12 faizlə “Apple” və “Google” tutub. CPR qeyd edib ki, “LinkedIn” brendi dördüncü olub və bu, fırıldaqçıların texnologiya və sosial media markalarını hədəf aldığını göstərir.