Ötən ay dövlət qurumlarına 140-dan çox kiberhücum indikatoru müəyyən edib

Cari ilin yanvar ayında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 142 kiberhücum indikatoru (IOC) müəyyən edib.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 45 faiz artıb.
Belə ki, kibertəhdidlərin 43-ü daxili araşdırma, 99-u isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb. Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 46,565 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 337 min, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 19 383 zərərverici tərkibli elektron sənəd blok edilib.
Ardını oxu...
Ötən ay Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə "İnstagram" olub.
Son hesabatda Zimperium şirkətinin kibertəhlükəsizlik tədqiqatçıları SMS və elektron poçt vasitəsilə yayılan zərərli PDF fayllardan istifadə edən yeni fişinq (phishing) kampaniyasını aşkar ediblər. Bu fayllar özlərində gizli zərərli keçidləri birləşdirir və istifadəçiləri fişinq məqsədli veb saytlara yönləndirir. Həmin saytlar vasitəsilə isə istifadəçilərin adları, ünvanları və kredit kartı kimi şəxsi məlumatları oğurlanır. Hakerlərin zərərli keçidləri gizlətmək üçün istifadə etdikləri üsul xüsusilə təhlükəli hesab edilir.
Kaspersky şirkətinin mütəxəssisləri yeni bir mobil virus aşkar ediblər. Bu virus kriptovalyuta portmanatlarından məlumat oğurlamaq üçün nəzərdə tutulub və müxtəlif tətbiqlərin tərkibində Google Play-dən 242 000 dəfədən çox yüklənib. Lakin ən maraqlı məqam ondan ibarətdir ki, bu virus App Store-da da aşkarlanıb. Bu, Apple-ın rəsmi tətbiq mağazasına belə bir virusun daxil olması ilə bağlı ilk məlum hadisədir. Kaspersky mütəxəssislərinin sözlərinə görə, SparkCat adlı bu virus süni zəka texnologiyalarından istifadə edərək cihazdakı şəkilləri analiz edir və kriptovalyuta portmanatlarına giriş üçün lazım olan məlumatları axtarır.
OpenAI şirkətinin ChatGPT üçün istifadəyə vermiş olduğu Deep Research adlı yeni funksiyası, müəllimlər tələbələrdən Wikipedia-dan başqa mənbələr istəmədikcə, semestr ərzində yazılmalı olan elmi işlərin saxtalaşdırılması üçün ideal bir vasitə kimi görünür. İstifadəyə verilmiş bu yeni funksiya, OpenAI-nin tezliklə buraxılacaq o3 süni zəka modeli üzərində qurulub və Google şirkətinin keçən ilin sonunda Gemini 2.0 ilə təqdim etmiş olduğu bir funksiyaya bənzəyir. Google-un bənzər funksiyası, mövzunun dərinliyindən asılı olaraq 30 dəqiqə və ya daha çox müddətdə uzun məqalələr yaratmaq üçün nəzərdə tutulub.