"Google Chrome"da boşluq aşkarlanıb
"Google Chrome" internet brauzerinin "HTML render" mühərrikində "heap buffer overflow boşluğu aşkar olunub.
Məlumata görə, boşluq kiberdələduzlara zərərli sayt vasitəsilə ixtiyari kod icra etməyə və sistemi ələ keçirməyə imkan verir.
Boşluq brauzerin HTML emalı zamanı yaranan yaddaş səhvlərindən qaynaqlanır.
İstifadəçilərə və inzibatçılara aşağıdakı versiyalara yeniləmək tövsiyə olunur:
Ardını oxu...
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2025-ci ildən etibarən süni zəkanı məktəbəqədər və məktəb təhsil proqramına daxil etməyi planlaşdırır və bununla da regionda uşaqları erkən yaşdan süni zəka ilə işləməyə öyrədən ilk ölkələrdən biri olacaq. Hakimiyyət orqanları eyni zamanda süni zəka infrastrukturuna da aktiv şəkildə investisiya yatırır və ümid edir ki, yeni nəsil mütəxəssislər ölkənin qlobal arenadakı mövqeyini möhkəmləndirəcəklər. 2025-2026-cı tədris ilindən başlayaraq BƏƏ-nin dövlət məktəblərində süni zəka üzrə kurs bütün yaş qrupları üçün - uşaq bağçalarından tutmuş sonuncu siniflərə qədər - təqdim olunacaq.
Bu gündən "Microsoft" şirkəti "Skype" platformasının fəaliyyətini rəsmi olaraq dayandırıb.
Visa, yeni süni intellekt sistemi ilə alış-verişi rəqəmsal agentlərə təhvil verən bir həll təqdim edib. Alış-veriş istifadəçilərin müəyyən etdiyi limitlər daxilində süni intellektə həvalə edilib.
Yəqin ki, bir körpünün uçmaq üzrə olduğu ehtimalı 20 faiz olsaydı, heç kim o körpüdən keçməyə cürət etməzdi. Habelə, Təyyarənin 20 faiz qəza ehtimalının olduğunu bilsəydik, heç kim o təyyarəyə minməzdi. Ancaq süni intellekt kimi inqilabi texnologiyanı ona etibarımız və gözləntilərimizlə sürətlə irəlilədikcə, eyni 20 faizi göz ardı edirik. Lakin bu dəfə xəbərdarlıq süni intellektin yaradıcılarından biri tərəfindən edilir: Geoffrey Hinton. Belə ki, onun CBS telekanalına müsahibəsində verdiyi açıqlaması hər kəs tərəfindən təəccüblə qarşılanıb. Müasir süni intellektin memarlarından biri olan və “Süni intellektin atası” kimi tanınan Nobel mükafatı laureatı Hinton bildirib ki, süni intellektin dünyanı ələ keçirmək ehtimalı 20%-dir.