5 müxtəlif tip orqanik çirkləndiricini parçalaya bilən bakteriya yaradılıb
Əsasən kimyəvi zavodlar və neft-qaz sənayesi müəssisələri tərəfindən atılan sənaye tullantı suları mürəkkəb çirkləndirici maddələrdən təşkil edilir. Təbii mikroorqanizmlər bu çirklənmələrlə mübarizə apara bilmir, lakin Çindən olan bioloqlar komandası bu sahədə irəliləyişə nail olublar. Onlar yüksək duzluluğa malik tullantı sularında 5 müxtəlif tip orqanik çirkləndiricini eyni vaxtda parçalaya bilən yeni bir bakteriya ştammı yaradıblar. Kimya və neft-qaz sənayesinə məxsus sənaye müəssisələrinin tullantı sularında adətən bərk asılı maddələr, orqanik birləşmələr, ağır metallar, toksik kimyəvi maddələr və qida duzları olur.

Google, nəhayət, illərdir dəyişməz qalan “G” loqosuna yeni bir toxunuş edib. Belə ki, yeni loqo dizaynında hamar rəng keçidləri var. Google 10 illik fasilədən sonra ilk dəfə ikonik “G” loqosunu yeniləyib. Bu dəfə dörd rəngi bir-birindən kəskin şəkildə ayırmaq əvəzinə, yumşaq keçidlərlə rənglərin bir-birinə qarışdığı daha axıcı və müasir dizayna keçib.
Çin tədqiqatçıları optik lif vasitəsilə 1200 kilometr məsafədə saniyədə 1 terabit (Tbps) sürətlə məlumat ötürülməsinə nail olublar. Bunun özü çox təsir edici deyil, amma vacib olan odur ki, ötürülən məlumat işıq səviyyəsində şifrələnir. Bu mühüm nailiyyət Şanxay Jiao Tonq Universitetinin professoru Lilin Yinin rəhbərlik etdiyi komanda tərəfindən hazırlanmış İnteqrasiya edilmiş Şifrələmə və Kommunikasiya Sistemi (IEAC) sayəsində mümkün olmuşdur.
Çinli alimlər quraqlıqla mübarizə aparmaq məqsədilə Sincanda hava şəraitinə nəzarətlə bağlı təcrübə keçiriblər. İki dron və 1 kq gümüş yodiddən istifadə etməklə 8000 km²-lik ərazidə yağıntı miqdarını 4%-dən çox artırmağa nail olublar. Bu, sutka ərzində əlavə olaraq 70 000 kubmetr su gətirib ki, bu da 2 metr dərinliyə malik 30 olimpiya hovuzunu doldurmaq üçün kifayətdir.
Belə ki, tədqiqatçılar, süni intellektlə təchiz edilmiş məlumat mərkəzlərində qısa məsafəli, yüksək sürətli kommunikasiyada inqilab yarada biləcək innovativ plastik fiber optik texnologiyasını hazırlayıblar.