Şənbə, 21 İyun 2025

Google oğurlanmış parollar avtomatik olaraq dəyişdiriləcək!

Google Chrome-da “Google Password Manager” xidmətinə yeni funksiya əlavə edilib. Google I/O 2025-in bir hissəsi kimi elan edilən yeni funksiya oğurlanmış parolları dərhal bərpa etməyə imkan verəcək. Beləliklə, Google şirkətinin elan etdiyi yeni funksiya ilə artıq oğurlanmış parollar avtomatik olaraq dəyişdirəcək.

Tədbirdə elan edilən yeniliklərdən biri də Google Chrome-a əlavə olunacaq yeni təhlükəsizlik funksiyası idi. Google Chrome istifadəçiləri artıq parollarının oğurlanmasından narahat olmayacaqlar.

 Google Chrome, “Google Password Manager” altında yeni funksiyanı elan edib. Bu yeni funksiya oğurlanmış parolları avtomatik dəyişəcək. Bu funksiya ilə istifadəçi heç bir şey etmədən oğurlanmış paroldan xilas ola biləcək. Əvvəllər Google Parol Meneceri parolları əl ilə dəyişməyə kömək edirdi. Yuxarıdakı ekran görüntüsündə gördüyünüz kimi, istifadəçilər Google Parol Meneceri xüsusiyyət proqramına daxil olan vebsaytlarda oğurlanmış parollar üçün “Mənim üçün dəyişdirin” yazan yeni düyməni görəcəklər

Sözügedən vebsaytda bu düyməni klikləyən istifadəçinin parolu avtomatik olaraq dəyişəcək. Yeni parol Google Parol Menecerində saxlanmağa davam edəcək. Google yeni funksiyanın nə vaxt istifadəyə veriləcəyi ilə bağlı rəsmi açıqlama verməyib. Lakin bu funksiyanın ilin sonunda istifadəyə veriləcəyi gözlənilir.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1653085
Bu gün
Bu həftə
Bu ay
Ümumi
923
9658
26361
1653085
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.