“Lenovo” dünyada RTX videokartı ilə təchiz edilmiş ən yüngül noutbuk təqdim edib
“Lenovo” dünyada RTX videokartı ilə təchiz edilmiş ən yüngül oyun noutbukunu təqdim edib.
“Legion Slim 7i” adlandırılmış noutbukun ekranının diaqonalı 15,6 düym təşkil edir. Ekranın yeniləmə tezliyi 144 Hs-dir, ümumilikdə kompüter 60 Hs-dən başlayaraq üç rejimdə işləyə bilər. Korpusun qalınlığı 18 mm-ə bərabərdir, bu halda ona “NVIDIA GeForce RTX 2060 Max Q” videokartı əlavə edilib.
Ardını oxu...
Samsung şirkəti istehsal etdiyi çiplər və SSD-lər ilə ekosistemdə öz fərqini ortaya qoyur. Keçən il təqdim etdiyi həm performansı, həm uzun ömrü ilə bilinən 970 Pro SSD-sinin yeni versiyası olan 980 Pro təqdim edildi. Yeni SSD-nin 3 fərqli yaddaşa malik versiyası olacaq: 250 GB, 500 GB və 1 TB. Qeyd edək ki, bu SSD PCİe 4.0 interfeysini dəstəkləyir. Bu o deməkdir ki, bu cihaz ekosistemdəki ən yenə və ən sürətli ötürmə protokoluna malikdir.
“Microsoft” şirkəti “Word” (“Office” proqramlar paketinə daxildir) mətn redaktorunda səs yazılarının deşifrə edilməsi funksiyasını tətbiq edib. Bu haqda “Microsoft”un bloqunda məlumat verilib.
“ASUS” şirkəti “ROG Swift PG259QN” oyun monitorunu təqdim edib. Onun yeniləmə tezliyi 360 QHs təşkil edir və dünyada kiberidman üçün ən sürətli panel hesab olunur.