“Facebook” distant iş rejimini 2021-ci ilin iyuluna kimi uzadıb

“Facebook” şirkəti “COVID-19” pandemiyasına görə öz əməkdaşlarına 2021-ci ilin iyuluna kimi evdən işləməyə icazə verib.
“Biz mütəxəssislərin səhiyyə sahəsindəki təlimatlarına əsaslanaraq və şirkətdaxili məsləhətləşmələrdən sonra əməkdaşlarımıza 2021-ci ilin iyuluna kimi evdən işləməyə icazə vermək qərarını qəbul etdik” – “Facebook”un nümayəndəsi Neki Norvil deyib.
Bundan başqa, şirkət evdən işləmək üçün lazımi avadanlıqların satınalmasına 1000 dollar ayırmaq niyyətindədir.

“Microsoft” şirkəti 2020-ci ilin əvvəlində “Windows 7” əməliyyat sisteminin texniki dəstəyinin dayandırılması haqqında rəsmi açıqlama vermişdi. ABŞ şirkəti sözügedən sistemin texniki dəstəyini dayandırsa da, statistikaya əsasən, istifadəçilər masaüstü ƏS-nin aktual versiyasına keçməyə tələsmirlər.
“Google” şirkəti “Android” əməliyyat sisteminin idarəetməsi altında işləyən smartfonlarda informasiyanın mühafizə edilməsi imkanlarını genişləndirib. İndi “Google Files”da “təhlükəsiz qovluq” adlı xüsusi funksiya istifadəyə verilib.
Dördüncü nəsil mobil şəbəkələrlə müqayisədə “5G” baza stansiyaları qoşulma sürətinin xeyli artırılmasını vəd edir – bu yaxınlarda elektronika istehsalçıları 4,3 Qbit/s sürətinə nail olmağa müvəffəq olublar. Amma test laboratoriyasından kənarda bu göstərici adətən aşağı olur. Cənubi Koreyanın aparıcı rabitə operatorları yeni avadanlığın faktiki imkanları haqqında danışıblar.