Bazar ertəsi, 20 May 2024

Növbəti ildə 300 milyon “Wi-Fi 6E” standartını dəstəkləyən qurğu tədarük ediləcək

 “Wi-Fi 6E” simsiz rabitə standartını dəstəkləyən avadanlıqların tədarük həcmi sürətlə artacaq.

 Hazırda “Wi-Fi” şəbəkələri 2,4 və 5 QHs tezlik diapazonlarından istifadə edir.

“Wi-Fi 6E” standartı lisenziyalaşdırılmamış istifadə üçün daha bir – 6 QHs diapazonunun ayrılmasını nəzərdə tutur. 

Məlumata görə “Wi-Fi 6E” texnologiyası çox yüklənmiş yerlərdə yüksək məhsuldarlığın təmini üçün hazırlanıb. İlkin testlərə görə, məlumatların ötürülmə sürəti yubanma səviyyəsi 2 millisaniyə olmaqla 2 Qbit/saniyəyə çata bilər.

 Analtiklərin proqnozlarına görə, 2021-ci ildə “Wi-Fi 6E” dəstəkli qlobal qurğular bazarının həcmi 310-320 milyon ədəd təşkil edəcək. İlk belə qurğunun bu ilin sonunda yaradılacağı gözlənilir.

Yeni nəsil “Wi-Fi” qurğuları üçün prosessorların yaradılması üzərində “NXP Semiconductor”, “Qualcomm”, “Broadcom” və “Qorvo” kimi şirkətlər çalışır. Bundan başqa, “Wi-Fi 6E” standartının tətbiqi ilə “MediaTek”, “Realtek Semiconductors” və “RichWave” şirkətləri məşğul olacaq.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1086742
Bu gün
Bu həftə
Bu ay
Ümumi
691
1161
16611
1086742
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi