GoPro Hero 9 Black action kamerasının bütün özəllikləri barəsində məlumat verilib
Hələ təqdim olunmamış "GoPro Hero 9 Black action" kamerasının keçən həftə render fotoları təqdim olunmuşdu. Həmin fotolardan görmək olardı ki, yeni action kamera videobloqlar və selfie fotoların çəkilməsi üçün yenilənmiş ön ekran əldə edəcək. İndi isə GoPro Hero 9 Black kamerasının bütün özəllikləri sızdırılıb. Məlum olub ki, məşhur action kamera brendinin yeni modeli bir sıra geniş imkanlar əldə edəcək. Məlumata əsasən "GoPro Hero 9 Black" modeli 20 MP-lik sensor ilə təchiz olunacaq.

İndi zəif görən insanlar da “Google”un onlayn redaktorlarından istifadə edə bilərlər. Onlar üçün Brayl ekranının ani qoşulması, mətnin səsləndirilməsi və şərh etmək üçün alət tətbiq edilib.
“Samsung” şirkəti qabaqcıl “Galaxy Tab S7” planşetinin beşinci nəsil mobil rabitə şəbəkəsini dəstəkləyən versiyasını təqdim edib. Qurğu sentyabrın 18-dən etibarən 850 dollara satışa çıxarılacaq. “Galaxy Tab S7+” planşetinin “5G” versiyasının qiyməti isə 1050 dollar təşkil edəcək.
LG Electronics, yeni Explorer Project layihəsinə həsr olunmuş tədbiri elan edərək press-reliz yayımladı. Tədbir 14 sentyabr Bakı vaxtı ilə 12: 00-da baş tutacaq.