Google, AirDrop analoqu Nearby Sharing funksiyasını Chrome brauzerinə əlavə edib: O necə çalışır?
Google şirkəti özünün AirDrop analoqu olan Nearby Sharing funksiyasını ilk növbədə Android 11-in beta versiyasına əlavə etmişdi. Lakin bir neçə gün bundan öncə istifadəçilər bildirmişdilər ki, bu funksiya beta versiyadan yoxa çıxıb. Daha sonra məlum oldu ki, Google şirkəti heç gözlənilmədən bu fuksiyanı Chrome brauzerinin Windows üçün olan versiyasına inteqrasiya edib. Bu yeni funksiya hələki Chrome Dev və Canary test brauzerlərində aktivdir.
Nearby Sharing funksiyasını bu brauzerlərdə aktivləşdirmək üçün URL hissədə chrome://flags
Ardını oxu...


Son vaxtlarda hamımızın rastlaşdığımız təhlükəsizlik boşluqları artmaqdadır bunu görən Google Chrome yeni təhlükəsizlik tədbiri hazırladığını açıqladı. Bu, etibarlı olmayan mənbələrdən formları, sorğuları doldurarkən məlumatların oğurlanmasına mane olacaqdır.
Keçən ildən başlayaraq bütün dünya üzrə böyük şəhərlərdə 5G şəbəkəsi istifadəyə verilməyə başladı. Lakin bəzi şirkətlər artıq 6G texnologiyasının hazırlanmasına start veriblər. Məlum olub ki, MediaTek şirkəti də bu istiqamətdə işlərə start verib. MediaTek şirkəti 6 il ərzində öz diqqətini 5G texnologiyasına yönəltmişdi.